Ölkə

Rektorun “Oksigen”i yenə can aldı: klinika morqa çevrilib - Faktlar

28-10-2016, 22:35
Polis idarəsinə həkimlərin məsuliyyətsizliyinə dair növbəti şikayət daxil olub. Bu dəfə "Oksigen" özəl klinikasının əməkdaşları ittiham edilir. Bu barədə Nərimanov Rayon Polis İdarəsindən bildiriblər. 

Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Qabil oğlunun sözlərinə görə, oktyabrın 26-da saat 16:58-də Təbriz küçəsində yerləşən klinikada əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğlu ölüb. 

Hələlik oğlanın ayağının əməliyyat olunduğu məlumdur. Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyündən əmindirlər. 

Nərimanov Rayon Prokurorluğunda məlumatı təsdiqləyiblər və əlavə ediblər ki, fakt üzrə hazırda araşdırma gedir və hələlik heç kim şübhəli şəxs kimi məsuliyyətə cəlb edilməyib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən özəl klinikaların fəaliyyətinə müdaxilə etmə səlahiyyətləri olmadığı, bunun üçün istintaq orqanlarının olduğunu bildiriblər. 

Politika.Az-a verilən xəbərə görə, "Odlar Yurdu” Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyev "Oksigen” klinikasının sahibidir. Klinikaya onun kiçik oğlu Munir Vəliyev rəhbərlik edir. 

Bu ilk hal deyil. Günel Səfərli adlı bir xanımın klinikanın xaricdə təhsil alan həkimi İlahə Quliyeva tərəfindən əməliyyat ediləndən sonra komaya düşüb. 

Bundan sonra, xəstə Mərkəzi Neftçilər, daha sonra isə Mərkəzi Kilinik Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. 

G.Səfərli dünyasını dəyişib. Burada başqa ölüm faktları da olub. 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpə həkim səhlənkarlığının qurbanı olub.

"Oksigen” Klinik Xəstəxanasının rəhbərliyi hökm sürən problemləri aradan qaldırmaqda maraqlı deyil. Aıçəkilən tibb müəssisəsində Rauf Nəbiyev adlı şəxsin də başına olmazın müsibətlər gətirilib. 

Politika.Az-a verilən xəbərə görə, Rauf Nəbiyev səhhətində yaranmış problemlərlə əlaqədar olaraq "Oksigen” klinikasına müraciət edib. Müayinə olunduqdan sonra Rauf Nəbiyevə öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb. 

Lakin onun xərçəng xəstəsi olması nədənsə gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb. 

"Oksigen” Klinik Xəsətəxanasında cərrah Mübariz Əliyev tərəfindən əməliyyat olunan Rauf Nəbiyevin xərçəng xəstəsi olduğu həm kilinika, həm də həkim tərəfindən gizlədilib. 

Deyilənə görə, ilk əməliyyat zamanı xəstənin yaxınları klinikaya 2 min manat pul ödəyiblər. Buna baxmayaraq, Rauf Nəbiyev yenidən əməliyyata cəlb olunub. 

Bu zaman isə mərhumun yaxınları tərəfindən 4 min manat ödəniş olunub. Lakin bütün bunlara baxmayaraq, nə klinika rəhbərliyi, nə də ki, Rauf Nəbiyevin əməliyyatında iştirak edən tibb personalı onun xərçəng xəstəsi olduğunu deməyib. 

Bunu onun yaxınlarından gizlədiblər. Bu isə sonda pasiyentin dünyasını dəyişməsilə nəticələnib. Məlumat üçün bildirək ki, "Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında, daha dəqiq desək, Nərimanov rayonu 1959-cu məhəllədə yerləşən və yeddi mərtəbədən ibarətdir. 

"Oksigen” Klinik Xəstəxanasının birinci mərtəbəsində laboratoriya şöbəsi, analizlərin qəbulu otağı, rentgen, kompyuter tomoqrafiyası, USM kabinələri, ikinci mərtəbədə stomatoloji, pediatriya, cərrahi, vertebroloji, nevroloji, ginekoloji, qastroenteroloji, allerqoloji, pulmonoloji və dermatoloji, kabinələr yerləşir. 

Üçüncü mərtəbədə əsasən diaqnostik kabinələr, yəni funksional kardioloji, EKQ, rəngli dopleo-exokardioqrafiya, kolonoskopiya, qastroskopiya və lor, travmatoloji, ortopedik, revmatoloji kabinələri yerləşir. 

Dördüncü mərtəbə doğum şöbəsindən, beşinci mərtəbə stasionar şöbəsindən ibarətdir. Altıncı mərtəbədə isə əməliyyatxana və reanimasiya yerləşir. 

Qarşı tərəfi dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]