Ölkə / Müsahibə / Mədəniyyət

Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi

25-10-2016, 20:08

Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədiXeberman.com  saytı   Əli və Nino filmində döyüş səhnələrində döyüşçü-aktyor və kaskadyor kimi iştirak etmiş  Sain Ferhadla  müsahibəni təqdim edir.

Sain bəy, Əli və Nino filmi haqqında nə deyərdiniz?

 

 

- Mən, Əli və Nino filmi haqqında yalnız bildiyim və gördüyüm qədər danışa bilərəm. Film həqiqətən də Azərbaycanda son zamanlar çəkilən "filmlərdən” daha fərqli və həqiqidir. Filmin təşkilatçılığı və gedişatı elə bir atmosferde idi ki, işimin ağır olmasına baxmayaraq yorğunluq hiss etmirdim. Təşkilatçılıq işləri dəqiq idi. Əziyyət çəkmədik. Əksinə hamı məsuliyyət hiss edirdi. Mən isə sevdiyim işi görməkdən başqa həzz alırdım. Çəkilişlər müxtəlif şəhər və məkanlarda aparılırdı. Bunun özü də işə ayrı rənglər qatırdı. Nə gözümüz yorulurdu, nədə ki Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədiözümüz. Bəlkə də mən işdən böyük həzz alırdım, ona görə mənə belə gəlirdi.

Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi. Yadımdadır ki, məni qrim edən zaman, Leyla xanım vaxtını ayırıb öz diqqət və marağını göstərirdi. Belə münasibətə görə, öz dərin minnətdarlığımı bildirirəm. Leyla xanımın digər işlərində də, yaxından iştirak etmək mənə xoş olardır.
Əminəm ki, mənim sözlərimi, filmdə bərabər çalışdığımız Tural Şirməmmədov da təstiqləyər.

 

 

 

Sain bəy Əli və Ninoda sizin fəaliyyətiniz nədən ibarət olub ?

 

 

 

Filmdə mənim əsas rolum döyüş səhnələrində döyüşçü-aktyor və kaskadyor kimi iştirak etmək idi. Məşqlər zamanı isə baş rolları canlandıran Adam Bakri, Assaad Bouab və digərlərinin döyüş səhnələrini qurmaq, döyüş bacarıqlarını üzə çıxarmaq və döyüş səhnələrində Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədidüzgün hərəkət etməkdə onlara köməklik göstərmək idi.

 

 

 

Əli və Nino filmində siz necə oldu ki, iştrak etdiniz?

 

 

Əli və Ninoaya dəvət, tək mənə yox, həmçinin Tural Şirməmmədova da gəlmişdir. Bizim hər ikimizi dəvət etdilər. Dəvət əməkdaşlıq etdiyim xarici kaskadyorlar qurupundan oldu. Daha dəqiq desəm, Bizi dəvət edən dostumuz Babək Həsənzadə vəFateh Uğurlu idi. Onlara da dərin minnətdarlığımızı bildiririk.

 

 

Fərhad bəy belə başa düşürəm ki, xaricdən digər kaskadyorlar da gəlmişdir. Bəs onlar hansı ölkərdən təşrif buyurmuşdurlar?

 

 

Almaniyada yaşayan dostum Ümit Demibarş, azərbaycanlı dostum Türkiyədə yaşayan, Babək Həsənzadə bir yerdə çalışdıq. Meksikadan da Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədidəvət olmuşdu kaskador , İrandan dəvət olunan əməkdaşlarımız oldu biz bu filmdə bir yerdə çalışdıq .

 

 

Döyüş janırında Azərbaycandan çoxlu aktyorlar var, bəs necə oldu ki, Türkiyədə olan aktyorlar sizi məsləhət gördülər?

 

 

Bu sahə çox spesifik sahədi. Bu sahə üzrə bir və yaxudda iki döyüşçü akyorvar və onların da fəaliyyəti zəifdi deyə bu sahə bizdə elə də inkşaf etməyib. Bəzilərində inkişaf bir tərəfli, yəni əsas inkişaf kaskadyorluqdadır. Bizdə döyüş xoreqrafiyasıdır, döyüş aktyorluğudur. Mən Azərbaycanda yeganə döyüş janırında fəaliyyət göstərən aktyoram ki, beynəlxalqdərəcəlisetfikatım var. Döyüş səhnələri üzrə xoreqrafam və təlimatçı kimi mənim bildiyimi seminarlarda öyrədirəm. Seminarlarda döyüş səhnələrininkompozisiyası, döyüş aktyorluğu, döyüş səhnələrinin bədii həlli , məna həlli , ssenari yazılması, döyüş səhnəsi operatorluğu, montaj, rənglər və s. Mən çox xırdalıqlara istəməzdim toxunam, yəni demək istədiyim odur ki, kinonun əhatə edən bütün xırdalıqlar bizim sahənin əhatə etdiyinə görə bunları da bilmək vacibdir. Hər halda Əli və Nino filminə dəvətim təsadüf deyildir.

 

 

Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədiƏli və Ninodan başqa hal-hazırda hansı filmlərə dəvət olmusuz?

 

 

Hal-hazırda Əli və Ninodan başqa Azərbaycanda tam metrajlı filmdə işləməmişəm. Əli və Nino film.lindən əvvəl siə bir neçə film olub. Onlardan biri, "Qorma mən səninləyəm 1919” filmi idi. Həmçinin "Zabitin Şərəfi”, "Kədərim”, "Kişi Papağı”, "Object 77” və s. Onu da deyim ki, Azərbaycanda bu saat "göbələk” kimi özünə döyüş səhnələrinin xoreoqrafı adını verənlər, heç bir beynəlxalq sənədi olmayanlar, sadəcə haçansa idmanla məşğul olublar var ki, bir iki "yumruq-təpik” atıb adlarını döyüşçü xoreoqraf qoyurlar. Bizim rejissorların bəzilərinin bu sahədə dərindən anlayışı olmadığına görə, onlara sərf edir ki, bu cür özlərinə uyğun olan dırnaq arası döyüş xoreqrafları ilə çalışsınlar. Amma peşəkar insanların tələb etdiyi işlər də peşəkarcasına olur. Rejissor gərk döyüşü quran xoreoqrafla birgə çalışsın. Yəni bu qarşılıqlı olmnalıdır. Azərbaycanda həldə bas gedsin söhbəti olduğu üçün filmlərdə döyüş səhnələri ürək açan deyil. Amma əslində elə olmamalıdır. Bu sahənin tam yaxşı bilən bir adam dəvət olunmalıdır və kino peşəkar şəkildə çəkilməlidir. Mən "Action Academy MMC” təsisçisi olaraq deyə bilərəm ki, bu sahədə bizdən başqa rəsmi bir qurum yoxdur. Kaskadyorlar assosiasiyası var tabii ki, amma fəaliyyət, məqsəd və aktivliyimiz tam fərqlidir.Action Academy MMC hər iki nazirlikdən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Gəncələr vəİdman nazirliyindən rəsmi dəstək məktubu almışıq. Yeganə mərkəzik ki, bizdə idman və incəsənətin qarışığı olan təlimlər keçilir, rəsmi öyrədilir və sonda setfikatlar verilir. Gələcəkdə beynəlxalq seminarlar təşkil etmək fikirimiz var.

 

Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi 

Sain bəy siz dediniz hal hazırda bu sahədə sizin komandanızdan daha peşəkar kadrlar yoxdur. Gəlcəkdə özünü yetişdirdiyiniz opratorlardan, döyüşçe akktyorlarınızla birlikdə film çəkməyi fikirləşmirsiniz?

 

 

Bizim ideyalarımız var. Biz bütün əsrlərə aid döyüş səhnələri qura bilərik. Fərq etməz, yüz il öncə olan cəmiyyətin döyüş biliyini göstəririk, yoxsa min il öncə olanı. Bilirsiz, zamana aid səhnələr, geyimlər, döyüşlər, silahlar dəyişir, mədəniyyət dəyişir bunlar hamsı döyüş xoreoqrafiyasına təsir göstərir və ilk öncə qəhrəmana . Biz istənilən dövrə uyğun istənilən döyüş səhnəsi qura bilərik və bizə maddi dəstək ayrılarsa biz dünya səviyyəli film işləyə bilərik. Nəinki, Azərbaycanın, həmçinin Qafqazın adından bütün dünyaya döyüş janırınd film çıxara bilərik. Bizim bu dəqiqə komandamız hazırdır, lakin maliyyə dəstəyimiz yoxdur. Biz hal-hazırda özümüzü lazımsız hiss edirik.

 

 

AzərbaycanRespubilkasının prezidenti İlham Əliyev kino çəkilişi üçün maliyyə yardımı ayırır. Siz bu dəstəyi almaq üçün hansı idarələrə  müraciət etmisiniz?

 

 

Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədiBiz istəyirik ki, bizə və bizim sahəyə ehtiyac olsun. Bizə muraciət etsinlər. Biz öz işimizi görürük. Bizə müraciət gəlmirsə, deməli hələ vaxtı gəlməyib. Mən inanıram ki, bizim haqqımızda az-çox məlumat dolaşır, zamanca bizə diqqət və qayğı ayrılacaq. Biz istərdik ki, Action Academy MMC fəaliyyətinə xüsusi qayğı göstərilsin, Azərbaycan kino və idman mədəniyyəti üçün faydalı işlərimizə önəm verilsin.

 

 

 Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Müsahibəni hazırladı
Samir Aslan

Administratorla əlaqə

077 611-55-22

[email protected]