Ölkə

10 ilin ən soyuq qışı gəlir

20-10-2015, 04:33
10 ilin ən soyuq qışı gəlir

Bu qış dünyanın şimal bölgələrinə rekord həddə qar yağacaq, xüsusilə yanvar və fevral ayında dondurucu soyuqların yaşanacağı təxmin edilir. Okean sularının isinməsi ilə meydana gələn və dünyanın fərqli bölgələrində qar yağışı, qasırğa, sel və ya quraqlıq əmələ gətirən “El Nino” hava dalğası bu il çox güclü olacaq və dondurucu soyuqların müşahidə edilməsinə səbəb olacaq.
Amerikanın Okean və Atmosfer Agentliyi xəbər verir ki, 1997-98-ci illərdə müşahidə edilən “El Nino” hava dalğasının təsiri okean buzlarının əriməsinə və sel fəlakətlərinin yaranmasına səbəb olub. İllər öncə müşahidə edilən hava dalğası geri qayıdacaq, bu da Amerikada və Avropanın şimal hissələrində havanın çox soyumasına səbəb olacaq. Super “El Nino” hava dalğası son 30 ildə 1982 və 1997-ci illərdə özünü göstərib.


musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]