Siyasət

Nəsiminin icra başçısı İlham Əliyevin adını elə bir işdə hallandırdı ki... - BİABIRÇILIQ

22-10-2016, 21:22
Nəsiminin icra başçısı İlham Əliyevin adını elə bir işdə hallandırdı ki... - BİABIRÇILIQSəbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovun oğlu həbsdən buraxılaraq cəzasız qalması böyük ajiotaja səbəb oldu. Belə ki, İcra başçısının oğlu Ilham Əsgərli səhhətindəki problemlər əsas gətirilərək cəza çəkməkdən azad edilib.

Xatırladaq ki, 1998-ci il təvəllüdlü Ilham Əsgərli "Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunmuşdu. Hadisə 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan Ilham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana "Paintball” oynamağa gediblər. Ilham Əsgərlinin idarə etdiyi "Mercedes S500″ markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişmiş, Ilham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət almışdı.

Bu hadisə ilə əlaqədar Ilham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunmuşdu. Hərçənd, cinayət işinin materiallarında da rəy var ki, Ilham Əsgərli avtomobili 200 km. saat/sürətlə idarə edib və ötmə qaydasını pozub, nəticədə də arxadan yük maşınına dəyib. Sürət elə bir həddə olub ki, toqquşma nəticəsində yük maşınını yoldan çıxarıb kənardakı qumsallığa aşırıb.

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdü ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ilham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verildi. Başqa sözlə, yük maşınının sürücüsünə icra başçısının oğlunun qarşısına çıxdığına görə ən ağır cəza verildi…

Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olundular. Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirdi. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanıldı.

Məlumata görə, Ilham Əsgərli həbs olunandan sonra Kürdəxanıdakı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilir. Qəza zamanı aldığı xəsarətlə əlaqədar Ilham Əsgərli həbs olunarkən də, ondan sonra təcridxanada da qoltuq ağacı ilə hərəkət edirmiş. O, daha sonra – iyulun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Elə həmin ərəfədə onun vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və "cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb Idarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini Iftixar Qurbanovun da daxil olduğu komissiya rəy verib ki, "Müalicə Müəssisəsində aparılan müalicələr effektiv olmayıb, onun müalicəsinin xüsusi şəraitli ixtisaslı tibb müəssisəsində həyata keçirilməsi zəruridir. Penitensiar Xidmətin tabeliyində olan Müalicə Müəssisəsində belə şərait yoxdur. Ilham Əsgərlinin xəstəliyilə əlaqədar müalicəsi isə davam etdirilməlidir. Əks təqdirdə, xəstəliyi ən yaxşı halda, onun sol aşağı ətraf oynağında hərəkət məhdudluğuna, əmək qabiliyyətinin itirilməsinə və əlil olmasına gətirib çıxara bilər”.

İftixar Qurbanov Sabunçu Rayon Məhkəməsinə bu rəylə yanaşı, özünün ayrıca məktubunu da göndərib və məktubda da icra başçısının oğlunun şəxsi keyfiyyətləri barədə fikirlərini bildirib. Məsələn, onun ilk dəfə cinayət törətdiyini və bu əməlin ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğunu, həbsdə olduğu müddətdə özünü tərbiyəli, intizamlı, daxili rejim qaydalarına əməl edən şəxs kimi göstərdiyini yazıb.

Məhkəmənin hakimi Anar Qasımov da 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, Ilham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib.

Prokuror Ceyhun Kazımov Ilham Əsgərlidə "Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi üçün əsas olan xəstəliklər siyahısı”ndakı ağır xəstəliyin aşkar edilmədiyini əsas gətirib və Sabunçu Rayon Məhkəməsinin qərarından protest verib. Amma Bakı Apelyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyilə hakimlər kollegiyası bu protesti əsassız sayıb və Ilham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Onu da qeyd edək ki, apelyasiya instansiyasında icra başçısının oğlunun cəzası azaldılandan sonra "Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev prezidentə belə bir məzmunda məktub yazmışdı: "Əsgərli Ilhamın atası dövlətin ona veridiyi vəzifədən sui-istifadə edərək məhkəmələrə təsir göstərib, oğlunun vəziyyətini yüngülləşdirmişdir.

Xahiş edirəm, Əsgərli Ilham Asif oğlunun vaxtından əvvəl cəza cəkməkdən azad edilməsinə yol verməyəsiniz”.

Bütün bunlara baxmayaraq, Asif Əsgərovun qatil oğlu azadlıqda qaldı. Bunun necə baş verdiyi ilə bağlı ANAXEBER.AZ-a ilgunc məlumatlar daxil olub. Məlumatda iddia olunur ki, Asif Əsgərov prezident İlham Əliyevlə əvvəlki münasibətlərindən (Dövlət başçısı İlham Əliyev Dövlət Neft Şirkətində birinci vitse-prezident işləyən zaman Asif Əsgərov mühafizəçilərindən biri olub - red) istifadə edərək, oğlunu azadlığa buraxılmasını istədiyini və ölkə başısının onun xahişini yerə salmadığını yaxın ətrafına bildirib. 

Mətbuatda yayılan məlumatlara inansaq, Asif Əsgərov oğlunun azadlığı üçün 1 milyon manatindan keçib. 

Bütün bunların fonunda deyə bilərik, məmur səlahiyyətlərindn istifadə edərək, cinayət edən oğlunu azadlığa buraxmaqla yanaşı, dövlət başçısının da adı belə çirkli işdə hallandırır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]