Ölkə

Dosentdən nazirə və rektor oğluna qandonduran ittihamlar - Detallar

18-10-2016, 01:58
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Əsədov Mübariz Xasay oğlu təhsil naziri Mikayıl Cabbarova açıq məktub yazıb

Politika.Az-a göndərdiyi müraciətdə M.Əsədov qarşılaşdığı haqsızlıqdan bəhs edib. Müəllifin şikayətini təqdim edirik: 

Hörmətli Mikayıl bəy! Siz Azərbaycan tarixində Təhsil Naziri vəzifəsinə təyinat alan ən gənc nazirsiniz. Təhsil mürəkkəb və ağır sistem olmaqla yanaşı dövlətin ən məsuliyyətli və ən şərəfli sahələrindən biridir. Cənab Prezidentimizin 2013-cü il 19 aprel tarixli təyinatı yalnız Sizə yox, Azərbaycan gəncliyinə inamın və etibarın göstəricisidir.

Sizin nazirliyiniz müddətində təhsilin bütün sahələrində neqativ hallar isə günü-gündən artaraq daha xoşagəlməyən məcarəyə istiqamətlənib. 

Bu ümumi şəkildə qeyd etdiklərimi hələ 2014-cü ilin sentyabr və dekabr aylarında Sizə müraciət etdiyim və cavabı bu günə qədər tam verilməyən ərizədə öz əksini tapıb. 

Doğrudur, Təhsil Naziri kimi sizin qəbula təhsil işçilərinin və elm adamlarının düşməsi çox müşkül məsələdir. 

Lakin təhsili yox, digər məsələlərini çox yaxşı bilən "Odlar Yurdu” universitetində yüksək praktiki təcrübə əldə edən və həmin təcrübəni Təhsil nazirliyində "uğurla” həyata keçirən "İlk peşə və orta ixtisas təhsili şöbəsinin müdiri Samir bəy Vəliyevin 2015-ci ildə qəbulunda oldum. 

Qeyd edim ki, S. Vəliyevin qəbuluna düşməyim əməli ilə dövlətə sadiq olan və ilk dəfə tanıdığım bir ziyalının köməkliyi ilə baş tutub. 

Hörmətli deputatımız Əhməd Vəliyevin oğlu Samir bəyin mənə son sözü belə oldu: "Təhsildə olan problemlər sizin yox, Təhsil Nazirliyinin səlahiyyətlərinə aiddir”.

Sanki Təhsil Nazirliyi də özəlləşdirilib. Təhsil nazirliyində elm və təhsildən başqa bütün əməlləri yaxşı bilən xüsusi dəstə formalaşdırmısınız. Yüksək səlahiyyət və haram pul sahiblərinə nə demək olar?...” 

M.Əsədov yazıb ki, Qərbi Azərbaycanda orta məktəbdə oxuyanda rayon üzrə keçirilən olimpiadada yer tutan yeganə azərbaycanlı olub: 

"Hərbi xidmət borcumu verib (birinci kursu qurtardıqdan sonra) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib pedaqoji fəaliyyətə başlayanda Siz orta məktəb şagirdi idiniz. 

Siz Bakı Dövlət Universitetini bitirəndə mən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyasının qərarı ilə alimlik dərəcəsi almışam. Hal-hazırda 4 diplomum var: Biri universitet (fərqlənmə), üçü isə AAK tərəfindən verilib. 

Siz 1997-1998-ci illərdə ABŞ-da hüquq dərəcəsi almısınız. Mən isə nə o vaxt, nə də indi ABŞ-a gedə bilirəm. Hətta kitab və məqalələrimi nəşr etdirə bilmirəm. 

Amma ABŞ-ın Nyu-York şəhərində nəşr olunan və 25 dilə tərcümə edilən "INTERNATIONAL APRELD MECNANİCS” jurnalında (1998,N 1 1,34) 12 dəfə mənim dissertasiya işimdə alman elmi nəticələrə istinad olunub. Bu gün isə keçmişini unudan toylar tamadası V. Orucov dövlət qanunlarına meydan oxuyaraq adi müəllim işləməyimə imkan vermir”.

Onun sözlərinə görə, 2015-ci ildə Bakı Sənaye Pedaqoji kolleci ləğv edildikdən sonra təhsili biznesə çevirən əməlləri ilə respublikada tanınmış kollec direktoru Vidadi Orucov 2016-cı ildə yenidən Bakı Dövlət Sosial İqtasad Kollecinə direktor təyin edilib: 

"Bəli, sizin bu təyinatınız nazir kimi "şəffaflıq” fəaliyyətinizin əyani göstəricisidir. Nazir kimi öz fəaliyyətiniz dövründə "Təhsildə vahid pəncərə” sistemindən əlavə əvvəlki nazirdən fərqli hansı real nəticəsi olan tədbirlər həyata keçirmisiniz?

Hər il təhsil nazirliyi tərəfindən orta məkəb şagirdləri üçün "məktəbli kitabçası” və müəllimlər üçün kurikulum əsasında gündəlik dərs icmalları satılır. 2012-ci ildə dərs icmalının qiyməti 2 manat 50 qəpik olub. 2016-cı ildə isə onun qiyməti 4 manat 50 qəpik olub. Dərs icmalının qiyməti neçə faiz artıb?

Qonşu Rusiyada hər bir sinif üçün 5-6 variantda dərsliklər nəşr olunur. Hər bir dərsliyin də ən azı 4-5 müəllifi (həqiqi pedaqoqu, alimi) var. İbtidai siniflərin riyaziyyat dərslikləri bərbad haldadır. Pedaqogikadan, psixolgiyadan xəbəri olmayanların, orta məktəb şagirdləri üçün dərslik yazması təhsilin inkişaf istiqamətini tərəqqiyə aparır, yoxsa tənəzzülə?

Administratorla əlaqə

077 611-55-22

[email protected]