İqtisadiyyat

Sahibkarlardan şok müraciət: turizmə düşmən nazirlər açıqlandı - Siyahı

17-10-2016, 01:47
Azərbaycanda iqtisadi böhrandan çıxışın və əhalinin sosial həyatının dirçəldilməsinin yolu turizmin inkişafından keçir.

Lakin islahatlara təkanverici amilə qarşı güclü və sistemli komanda dirəniş göstərir. Səbəb həmin komandadakı tamahkar, gözüac və talançı vəzifəli şəxslərin maraqlarıdır. 

Politika.Az-a verilən məlumata görə, iqtisadi krizis və post-neft dövründə turizmi inkişaf etdirməklə daha effektiv nəticələr əldə etmək mümkündür. 

Azərbaycanın coğrafi şəraiti, təbiəti, səfalı güşələri, turizm potensialı yüksək səviyyədədir. Qısa bir zamanda turizm sektorunda böyük nailiyyətlər əldə etmək olar. 

İstər qonşu Gürcüstanı ötüb keçmək, istərsə də qardaş Türkiyədə olduğu xidmət sektoruna yaxınlaşmaq heç də çətin deyil. Ərəb turistlərin Bakıya axışması da sübut etdi ki, turizmə yatırım etmək və bu sahəyə böyük investisiya qoymaqla tez zamanda gəlir götürmək olar. 

Nə pambıq yığımı, nə fındıq, zeytun satışı, nə çay ixracı ölkəyə belə tezliklə milyonlar qazandıra bilər. 

Turizm biznesindən həm dövlət büdcəsi, həm əhali, həm sahibkarlar qazanır. Təkcə Gürcüstana bu il milyonlarla turist axın edib. Bu göstərici Azərbaycanda niyə olmasın ki?! 

Politika.Az-a verilən məlumata görə, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda turizmin inkişafına yerli məmurlar mane olur.

Hakimiyyət daxilində islahat və turizmin düşməni kimi tanınan qüvvələr ölkənin hər yerini zəbt edib. 

Onların nəzarətindən kənarda nə hotellər, restoranlar, nə istirahət mərkəzləri qalıb. Hansı daşı qaldırırsan, altında bir nazirin, komitə sədrinin, məmurun adı çıxır.

Ölkədə oliqarx nazirlərin əlindən hər hansı müstəqil sahibkarın hoteli, restoran şəbəkəsi fəaliyyət göstərə bilməz. Buna dair fakt varsa təqdim olunmasını xahiş edə bilərik. 

Hazırda həm cənub zonası, həm şimal-qərb bögəsi, həm şimal regionundakı turizm məkanları, o cümlədən paytaxtdakı restoran-hotellər, dənizkənarında yerləşən istirahət mərkəzləri nazirlərin himayəsindədir. Sahibkarlar onların əlindən qan ağlayır. 

Politika.Az-a göndərilən məktubda iş adamları prezident İlham Əliyevə müraciət ediblər. 

Onların sözlərinə görə, dövlət başçısı sahibkarların sərbəst fəaliyyəti barədə tapşırıqlar verib, onları iki illik vergidən azad edib, turizmə dəstəyini ifadə edib. 

Məktub müəllifləri qeyd edirlər ki, prezident böhran dövründə operativ nəticələr istəyirsə, məmurların durdursun. Onların əlindən heç bir iş adamı turizmə yatırım qoya bilmir. 

Müraciətdə deyilir: "Cənab prezident, hər zaman turizmə, sahibkarlığa dəstək vermisiz. Ancaq ölkədə bir neçə nazir və yüksək rütbəli məmurlar var ki, onlar bizə işləməyə imkan vermir. 
Bu nazirlərin hər yerdə hoteli, restoranı var ki, qiymətlər od tutub yanır, turist gəlmir, reklam getmir. Xahiş edirik ki təcili tədbirlər görülsün”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]