Siyasət

Oğlu qanun pozan deputat Heydər Əliyevə qarşı ajiotaj

15-10-2016, 01:25
Deputat Elmira Axundovanın sözləri birmənalı qarşılanmayıb. Xanım millət vəkili mərhum dövlət başçısı Heydər Əliyevin səsinin və adının aidiyyatı olmayan yerlərdə işlədilməsinə qarşı çıxıb. 

Politika.Az-ın xəbərinə görə,
 deputatın çıxışı yuxarı dairələr tərəfindən bəyənilməyib. Onun yersiz və hesablanmamış təklifi gözlənilməz olub. 

E.Axundova qeyd edib ki, Heydər Əliyev sözünü maşınların kapotlarından yığışdırmaq lazımdır. Eyni zamanda onun səsini telefonlardan yığışdırılması gərəkdir. Bu da ciddi şəkildə narazılıq yaradıb. 

Çünki deputatın təklif etdiyi qadağa insan haqlarının pozulmasıdır. Vətəndaşlar rəğbəti, sevigisi olan şəxsiyyətə istədiyi şəkildə məhəbbətini nümayiş etdirə bilər. 
Xanım deputat isə guya belə halların olmasını mərhum prezidentə qarşı aşağılayıcı münasibət kimi qiymətləndirməyə çalışıb. 

Halbuki, nə telefon səslərində, nə avtomobilin qabağında H.Əliyevlə bağlı xatirənin olmasında heç bir təhqiramiz hal yoxdur.

Vətəndaşlar onun səsi ilə telefonuna zəng gəlməsini istəyir ki, bu da dövlət rəhbərinə olan rəğbətdən irəli gəlir. 

Dünyanın müxtəlif ölkələrində müxtəlif ənənələr var. Xalqlar istədiyi formada rəhbər şəxsi simpatiyasını ifadə edir. 

Bu məntiqlə H.Əliyevin brlokların üzərindən şəkli götürülməlidir, qeyri-dövlət müəssisələrində onun şəkli olan xalçalar yığışdırılmalıdır, hansısa mövzuda dediyi kəlamlar qeyri-hökumət təşkilatlarının ofislərindən çıxarılmalıdır. 

Politika.Az-a verilən xəbərə görə, E.Axundovanın bu çıxışı müsbət qarşılanmayıb. Üstəlik, onun bu məsələdə yol polisinin üzərinə məsuliyyəti qoyması da qəbul olunmayıb. 

Ümumiyyətlə, deputat parlamentin plenar iclasında tamamilə başqa mövzularda çıxış edə bilərdi. Ölkədə sosial-iqtisadi vəziyyət, böhran, qeyri-neft sektorunun inkişafı, manat, islahatlar və s. gündəmdə olan məsələlərə toxunmalıydı. 

Onu da xatırlatmaq yerinə düşər ki, deputatın oğlu Həbib Axundovun adı 8 milyonluq dələduzluq işində hallanıb. 

Bakı sakini Fərman Xeyrulla oğlu Məmmədov iddia edirdi ki, Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib. 

Bu haqda mətbuat ətraflı yazıb. Göründüyü kimi, millət vəkili dövlətin qanunlarını pozmuş, vətəndaşın hüquqlarını tapdamış övladı ilə bağlı məsələni ört-basdır edə bilir. 

Lakin sıravi insanları H.Əliyevin səsini telefonunda saxlamasını pis qiymətləndirir. Hər halda onların etdiklərində qanun pozuntusu yoxdur. 

Qarşı tərəfi dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]