Kriminal

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır qəza baş verib

12-10-2016, 19:44
Bu gün günorta  saatlarında Bakı-Quba yolunun 101-ci kilometrində, Siyəzən rayonunun girişində, beton yolda BMW-525 markalı, dövlət nömrə nişanı 90-HK-044 olan avtomobil aşıb.

Virtualaz.org saytının məlumatına görə, avtomobildə olan sərnişin, 38 yaşlı Ağsu rayon sakini Əzimov Həbib Lətif oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Avtomobildə olan digər 4 nəfər isə yüngül küt xəsarətlər aldıqlarından, ambulator müalicəyə buraxılıblar.

Saytımızın əldə etdiyi məlumata görə, avtomaşında olanlar Rusiyaya gedən Ağsu və Şamaxı sakinləri olublar.

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırmalara başlanılıb.





Administratorla əlaqə

077 611-55-22

[email protected]