Gündəm

Hacı Əbdul nazirləri tövbəyə çağırdı

10-10-2016, 19:43
Hacı Əbdul nazirləri tövbəyə çağırdı

"Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu tövbə etməyə çağırıram”. Bunu "Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov bildirib.

O deyib ki, ümumiyyətlə hər hansı kiçik günahı olan şəxsləri tövbəyə çağırmaq lazımdır.
"Nəinki Eldar Mahmudovu, zərrə qədər səhvi, günahı olan insanı da tövbəyə dəvət edirəm. Kiminsə bilərəkdən ya da bilməyərəkdən xalqa, millətə, dövlətə qarşı xoşagəlməz hərəkətləri olubsa, onları tövbəyə çağırıram. Eldar Mahmudov və digərləri də bura aiddir. Tövbə qapısı Allahın qapısıdır və hamının üzünə açıqdır”,-deyə o əlavə edib.

Hacı Əbdül keçmiş müdafiə naziri Səfər Əbiyevlə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tövbəyə çağırıb.
"Səfər Əbiyev də, Füzuli Ələkbərov da bu millətin, xalqın övladlarıdır. Biz bu keçmiş nazirləri də tövbəyə dəvət edirəm. Gəlsinlər, tövbə etsinlər”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]