Siyasət

İcra başçısı iki mərtəbəli dövlət binasının üçüncü mərtəbəsi üçün pul yığır

9-10-2016, 00:42
İcra başçısı iki mərtəbəli dövlət binasının üçüncü mərtəbəsi üçün pul yığır

Ağdam rayon İcra Hakimiyyətinin binasının üçüncü mərtəbəsinin tikintisi üçün idarə və büdcə təşkilatlarından 5 min manat, icra nümaynədələrindən və bələdiyyə sədrlərindən isə 1000 manat tələb olunub.

 


Tələbi yerinə yetirməyənlərin isə işdən atılacağını Raqub Məmmədov hər kəsə açıq şəkildə bildirir. Hətta icra başçısı onu da qeyd edir ki, onların yerini satıb daha çox pul qazana bilər və bu ona sərf edir. 

Üzümüzə gələn ay prezident İlham Əliyein Ağdama səfəri gözlənilir. Bu üzdən də Ağdamda şıdırığı abadlıq işlərinə start verilib. Ən əsası isə icra başçısı Raqub Məmmədov hazırda iki mərtəbəli olan Ağdam rayon İcra Hakimiyyətinin binasının üçüncü mərtəbəsini inşa edir və prezidentin Ağdama səfərinə qədər dekorativ şəkildə olsa belə Quzanlı qəsəbəsini abad bir şəkilə salmaq üçün vurnuxur. 

Ağdamdan Anaxeber.az-a daxil olan məlumata görə Raqub Məmmədov Quzanlıda "üstü bəzək, altı təzək” taktikası ilə tez-tələsik Quzanlını abıra salmağa çalışır. Və bu zaman icra başçısı öz cibinə işləməyi də yaddan çıxarmır. Belə ki, Ağdamın idarə müdirlərinin biri tərəfindən saytımıza ötürülən məlumata görə Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin binasının üçüncü mərtəbəsinin tikintisi üçün bütün idarə və təşkilatlardan, həmçinin orta və kiçik sahibkarlardan pul toplayır. 

İcra başçısının həftə başı onlardan pul toplamasınıdan cana doyduqlarını bildirən idarə müdirinin sözlərinə görə olan Ağdam rayon İcra Hakimiyyətinin binasının üçüncü mərtəbəsinin tikintisi üçün idarə və büdcə təşkilatlarından 5 min manat, icra nümaynədələrindən və bələdiyyə sədrlərindən isə 1000 manat tələb olunub. Tələbi yerinə yetirməyənlərin isə işdən atılacağını Raqub Məmmədov hər kəsə açıq şəkildə bildirir. Hətta icra başçısı onu da qeyd edir ki, onların yerini satıb daha çox pul qazana bilər və bu ona sərf edir. 

İcra başçısının hər dəfə onlardan toplanılan pulları cibinə qoyduğunu bildirən idarə müdiri qeyd edib ki, artıq cana doyublar və bu şəkildə işləmək mümkün deyil.

Başqa bir mənbədən əldə etdiyimiz məlumata əsasən bir müddət dələduzluğa görə həbs olunan ideologiya.az saytının baş redaktoru Teylor Fətişoğlu Raqub Məmmədovun əleyhinə ifadə verib və lazım gələrsə Ağdamın İcra başçısının üzünə durmağa hazır olduğunu da bildirib. 

Xatırladaq ki, bir müddət əvvəl dələduzluqda ittiham olunaraq Bakıda Ağdam rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Xətai RPŞ-ə təhvil verilən T. Fətişoğlu özünün iş ortağı olan Raqub Məmmədova həbsxanadan təhdid dolu xəbərdarlıqlar yollamaqla bağlı ideologiya.az saytında yazı dərc olunmuşdu. 

Xatırladaq ki, daha əvvəllər də, iki dəfə həbs həyatı yaşayan Teylor Fətişoğlunun Raqub Məmmədovla 20 ildən artıq dostluq tarixçəsi mövcuddur. Ayaz Mütəllibovun Moskvada mühacirətdəki mətbuat katibi olaraq çalışarkənTeylor Fətişoğlunu MTN-lə əməkdaşlığa cəlb edən Raqub Məmmədovun sonradan MTN qalxanı altında dayanaraq, yerlisi ilə çoxlu sayda hərəkətlərə imza atmış biri olaraq tanındığı iddia olunur. Həbs olunmamışdan əvvəl isə mətbuatda Teylor Fətişoğlunun Ağdamda vətəndaşlardan külli miqdarda pul alaraq onları vəzifəyə təyin etdirəcəyi ilə bağlı məlumatlar dərc olunmuşdü.

Şikayətçilər bildirirdilər ki, Teylor Fətişoğlu onları Raqub Məmmədovla görüşdürürək vəzifə sözü vermiş və T.Fətişoğlu onlardan tələb olunan pulu aldıqdan sonra isə istər Raqub Məmmədov, istərsə də baş redaktor vəzifə söz verərək vətəndaşdan pul aldıqlarından imtina ediblər. Bu hallar dəfələrlə təkrarlanıb və çoxlu sayda şikayətlər üzərindən avqust ayının 10-da Teylor Fətişoğlu həbs oluunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]