Siyasət
Qalmaqallı icra başçısının adı daha bir dələduzluq işində
8-10-2016, 01:05
Raqub Məmmədovla bağlı ikinci dələduzluq işi Baş Prokurorluq yanında Korrupsiya İdarəsində araşdırılır
Ağdamın icra başçısı Raqub Məmmədovun adı keçən daha bir dələduzluq işi Baş Prokurorluq yanında Korrupsiya İdarəsində yoxlanılır. Onun əleyhinə yaxın dostu, 6 ay müddətində Ağdam rayon Təhsil şöbəsində müdir əvəzi olaraq çalışan Rahil Allahverdiyevin icahat verdiyi bildirilir.
Raqub Məmmədovun Ağdam rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra bu şəxsin adı müxtəlif qalmaqallarda və işə adam götürmək adıyla rüşvət iddalarında səsənib. Hal-hazırda növbəti dələduzluq və işə adam götürmək üçün rüşvət alma iddası ilə Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə daxil olan şikayətdə icra başçısına qarşı rüşvət iddaları səsləndirilib. Bu barədə ANAXEBER.az-a daxil olan məlumatda bildirilir ki, şikayətçilər məktəblərə müəllim düzələcəkləri ilə bağlı söz verilən və buna görə onlardan pul alınan Ağdam sakinləridir.
Qeyd edək ki, Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov 06 aprel 2015-ci il tarixdən Rayon Təhsil Şöbəsinə öz həmkəndlisi, sinif yoldaşı Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov 06 aprel 2015-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsinə müvəqqəti müdir təyin edib. Altı ay bu vəzifədə çalışan Rahil Allahverdiyev isə Raqub Məmmədovla əlbir şəkildə çoxlu sayda insanı aldadaraq onlardan pul qopara bilib. Hər halda bunu Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə şikayət edən və eyni zamanda saytımıza müraciət edən Ağdam sakinləri iddia edirlər.
ANAXEBER.az saytına müraciət edən şikayətçiilər məsələni ictimailəşdirmək istədiklərini və bu yolla verdikləri pulu Rahil Allahverdiyevdən ala biləcəklərini qeyd ediblər. Şikayətçilər bildirir ki, Rahil Allahverdiyev Ağdam Rayon Təhsil Şöbəsində müvəqqəti müdir vəzifəsini icra edərkən 146 şəxsdən müxtəlif məktəblərə müəllim təyin etmək üçün külli miqdarda pul alıb. Müəllim namizədlərdən alınan rüşvət pulunun ümumi məbləğinin isə 250 min manatdan artıq olduğu qeyd olunur. Belə ki, Rahil Allahverdiyev bu müəllim olmaq istəyən 146 Ağdam sakinindən 1000-2000 manat pul alıb.
Sonradan isə Raqub Məmmədov Rahil Allahverdiyevi Ağdam Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin etdirə bilmədiyinə görə həmin 146 nəfər də müəllim olmaq arzularına çata bilməyiblər. Ondan pularını tələb edən vətəndaşlara isə keçmiş müvəqqəti müdir bildirib ki, həmin pullar icra başçısı Raqub Məmmədova çatdırılıb. Bundan sonra isə pullarını geri ala bilməyən Ağdam sakinləri Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə müraciət ediblər. Əldə etdiymiz məlumata əsasən Rahil Allahverdiyev Baş Prokurorluq yanında Korrupsiya İdarəsində artıq dindirilib. Və o öz izahaiında bir daha təsdiqləyib ki, yığıdığı pulları Raqub Məmmədova təqdim edib ki, onun Ağdam Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin edilməsi öz həllini tapsın. Bu üzdəndə uşaqlıq dostları arasında son zamanlar gərginlik yaşandığı bildirilir. Həttp qeyd olunur ki, Raqub Məmmədov izahatını dəyişdirməyi Rahil Allahverdiyevdən tələb edib.
Qeyd edək ki, Ağdamın icra başçısı Raqub Məmmədovla əlaqəli olan daha bir iş hazırda prokurorluq orqanları tərəfindən araşdırılmaqdadır. Xatırladaq ki, Raqub Məmmədovla 20 ildən artıq dostluq tarixçəsi mövcud olan, ideologiya.az saytının rəhbəri, daha əvvəllər iki dəfə həbs həyatı yaşayan Teylor Fətişoğlu polis orqanları tərəfindən bir müddər əvvəl həbs olunub. Teylor Fətişoğlu onlarla Ağdam sakininə Raqub Məmmədovun adından vəzifə sözü verərək onlardan külli miqdarda pul alıb. Həmin şəxsləri Teylor Fətişoğlu Raqub Məmmədovla telefonda danışdırıb, bəzilərinə qəbuluna aparıb və Ağdamın icra başçısı onlara vəzifə verəcəyini bildirib. Daha sonra tələb olunan pul Teylor Fətişoğluna verilib. Lakin aradan bir müddət keçməsinə həmin şəxslər vəzifəyə təyin olunmayıblar. Bundan sonra isə icra başçısı ilə jurnalistin ortaq dələduzluğuna məruz qalan həmin şəxslər polis əvə prokurorluğa müraciət ediblər. Bu müraciətlər əsasında da, Teylor Fətişoğlu həbs edilib. Qeyd edək ki, Teylor Fətişoğlu həbs olunmazdanəvvəl bu barədə zərərçəkənlər mətbuata məlumat veriblər. Hazırda işlə bağıl Xətai rayonunda istitaq araşlırmaı aparılır.
Qeyd edək ki, Teylor Fətişoğlu həbs olunduqdan sonra onu bu işə Raqub Məmmədovun cəlb etdiyini bildirməsi ilə bağlı məlumatlar var. Həbs olunduqdan bir müddət sonra isə Teylor Fətişoğlu sahibi olduğu ideologiya.az saytında Raqub Məmmədov haqqında hər şeyi yayacağı ilə bağlı anons xarakterldi məlumatlar dərc edib. Həmçinin iddialara görə dələduzluqda ittiham olunaraq həbs olunan jurnalist Raqub Məmmədova qarşı ifadə verib və ittihamları Ağdamın icra başçısına yönəldib.
ANAXEBER.az-a Ağdamdan daxil olan dəqiq məlumata görə həmin anons xarakterli məlumatlar dərc olunduqlan sonra Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətində Teylor Fətişoğlunun həyat yoldaşını qəbul edib. İddiaya əsasən tərəflər arasında əldə olunan razılaşma belə olub ki, Raqub Məmmədov Prezident Adminstrasiyasındakı hamisinin əli ilə Teylor Fətişoğlunu həbsdən azad etdirəcək, eyni zamanda şikayətçilərin pulunu qaytaracaq. Lakin aradan bir müddət keçiməsinə baxmayaraq, nə zərərçəkənlərin pulları qaytarılıb, nə də Teylor Fətişoğlu həbsdən azad olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.