Dünya

Türkiyədə hərbi attaşelərin həbsinə başlanıldı

30-09-2016, 22:53
Türkiyədə FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Ankara Cümhuriyyət Prokurorluğunun qərarı ilə 2010-cu ildən bəri hərbi attaşe vəzifəsində çalışanlara qarşı əməliyyatlara başlanılıb.
 
Axar.az xəbər verir ki, bununla bağlı 300 nəfərlik siyahı tərtib edilib.
 
Həmin siyahıda adıçəkilən şəxslərdən 40-nın saxlanıldığı və əməliyyatların davam etdiriləcəyi bildirilib.
 
Qeyd edək ki, məsələ ilə bağlı ali hərbi dairələr məlumatlandırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]