Siyasət

Sabahdan icra başçılarının cəza və mükafatlandırma mərasimi başlayır – Referendum Siratı

29-09-2016, 02:24
Sabahdan icra başçılarının cəza və mükafatlandırma mərasimi başlayır – Referendum Siratı

Kiminin  başına tumar çəkiləcək, kimi başından olacaq…

Sabahdan etibarən icra başçıları və bələdiyyə sədrlərinin cəzalnandırma və mükafatlandıra mərasiminə start veriləcək. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, məlum məmur təbəqəsinin cəzalandırılması və mükafatlandırılması əsasən iki göstəriciyə əsasən həyata keçiriləcək. Əsas qiymətləndirmə meyarı kimi seçicilərin aktivlik səviyyəsi və referemdumda iştirak edən şəxslərin konstitusiya dəyişikliyinin lehinə səs vermə dərəcəsi götürülüb. Belə ki, seçici aktivliyi arzuedilən səviyyədə olmayan, habelə dəyişiklik əleyhinə səs verənlərin çoxluğu ilə diqqət çəkən rayonların icra başçıları mərkəzi hakimiyyət tərəfindən sərt şəkildə cəzalandırılacaq. Cəzalandırılan "səriştəsiz” icra başçıları arasında bəzi şəxslərin vəzifədən azad ediləcəyi də istisna edilmir.

Mənbənin sözlərinə görə, kənd və qəsəbələrin bələdiyyə sədrləri də referendumun nəticəsinə görə cavab verməli olacaq. İcra başçıları ilə yanaşı, bəzi bələdiyyə sədrlərinin də referendum adlı Siratdan necə keçəcəyini bu günün nəticələri həll edəcək.


Administratorla əlaqə

077 611-55-22

[email protected]