Ölkə

Başçı və təhsil şöbəsinin ağılasığmaz qanunsuzluğu - Rəqəmlər

27-09-2016, 19:20
Füzuli rayon Təhsil Şöbəsində biabırçı vəziyyət yaranıb

Bu barədə Politika.Az-a Tahir Qafarov məlumat verib. 

Onun sözlərinə görə, yeni tədris ili başlayan kimi təhsil şöbəsinin müdiri Ramella Məmmədova və kadrlar üzrə inspektor Şadiya Qəhrəmanova müxtəlif variantlarla növbəti pul yığımına başlayıblar. 

Onlar Təhsil Nazirliyinin və Füzuli rayon icra başçısı adından istifadə edirlər. Füzuli camaatı Qəhrəmanovanı həm başçının, həm də Məmmədovanın "qara kassa”sı adlandırır.

Rayon təhsil şöbəsində işə girəni və çıxanı, direktor və ya dərs hissə müdiri gedəni, testdən keçib bal toplaya bilməyənləri, 65 yaşı tamam olanlarla yenidən müqavilə bağlayanlarının hamısının pulunu xanım Qəhrəmanova alır. 

Hərənin payını özünə çatdırır. Qəhrəmanova əvvəl hədə qorxu gələrək bildirir ki bu deyilən sözlər burdan çıxsa cəza çox ağır olacaq. Sonra tək-tək məktəb direktorlarını toplayaraq yığacağı pulun miqdarını deyir. 

Direktorlar da tapşırılan məbləği müəllimlərdən, müəllimlər isə şagirdlərdən alır. Hazırda repetitor yanına buraxılıb dərsə gəlməyən şagirdlərin ayı rayonda 200, 300 Bakı şəhərində isə aylığa 500 manatdır. 

Bütün bu özbaşınalıqlara səbəb təhsil şöbəsinin müdiri Məmmədovanın həyat yoldaşının başçıya vəzifəyə gəlmək üçün verdiyi 150 manatı geri tələb etməsidir.
Başçı Alı Alıyev də öz növbəsində pulu geri qaytarmamaq üçün Məmmədovanı yanına çağıraraq bildirib ki hansı yolla istəyirsən pulunu yığ. 

T.Qafarov qeyd edib: "O da düşüb direktorların üstünə. Bütün bunlar isə referendum ərəfəsində aparıcı qüvvə olan müəllim ordusunu çox hiddətləndirib. Rayonda çox böyük narazılıq yaranıb. Ona görə də bir qrup pedoqoji işçilər də Prezidentə müraciət etməyə hazırlaşırlar.

Məktəblər açılana qədər və hazırda məktəblərdə pulun nə məqsədlə yığıldığını sizə Cənab Preziden mətbuat vasitəsi ilə çatdırırıq. Açıq imza ilə müraciət etməkdən qorxuruq ki sonumuz Şakir Haciyev kimi olar. 

Bilinən odur ki dəfələrlə Təhsil Nazirliyinə, Tərtər regional şöbənin müdiri özü hamıdan betər korrupsioner olan Malik Həsənova müraciət etsək də heç bir nəticəsi olmayıb. Yəqin ona görə belədir ki nə nazir, nə regionun müdiri icra başçısının qorxusundan nə təhsil şöbəsinin müdirinə nə də başçını və şöbənin pul yığanı Qəhrəmanovaya "gözün üstə qaşın var” deyən yoxdur. 

Hələ yay məzuniyyəti dövründə hər direktordan 1500-2000 manat yığılarkən dəfələrə nazirliyə və regional şöbəyə müraciətlər edildiyinə baxmayaraq heç bir nəticəsi olmadı. Məktəb başlamamış rayonda fəaliyyət göstərən 86 məktəbin hər biri üçün pul bölgüsü aşağıdakı kimidir:

1) Fövqəladə Hallar Nazirliyinin hər məktəb üçün planı 8- Azn
2) Yanğından mühafizə balonlarının doldurulması üçün 40 AZn
3) Ali məktəblərə qəbul olunanlara banket verilməsi üçün 150 Azn
4) Rayon icra hakimiyyəti adından məzunlara hədiyyə alınması üçün 100 AZn
5) Müəllimlər konfransını təşkil etmək üçün və rayon icra hakimiyyəti adından müəlliməri mükafatlandırmaq üçün 150 Azn
6) Fin qəsəbəsi ərzisində açılacaq yeni məktəbin yaşıllaşdırılması və Prezidentin rayona gəlişini əks etdirən stendlər üçün 250 AZn
7) 65 yaşa çatanlara müqavilə bağlamaq üçün 800-1000 Azn

Testdən keçməyib yerində qalıb direktor işləyən məktəblərin siyahısı isə belədir:

Qayıdış 5 N li məktəb
Qayıdış 2 N li məktəb
Bakı şəhərində yerləşən 45 Nli məktəb
Sumqayıtda yerləşən 7 N li məktəb
Hər məktəb direktoruna qoyulan məbləğ 5000 manatdır.

Şikayətçi əlavə edib ki, 45 saylı məktəbə isə 5 ili tamam olmamış nazirliyin testindən keçməyən başçının baldızı qızı İlahə Qəmbərovanı qoyub: "Təhsil sistemində qohumluq bununla bitmir. 
Bakı şəhərində yerləşən 2 Nli məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədova Qayıdış 2 Nli məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızı, Qayıdış 5 Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. 
Zobucuq 27 saylı məktəbə isə direktor Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşad müəllimi 10000 Azn alaraq təyin etmişdilər. 
Bu məktəbə dərs hissə müdiri isə nazirliyin testindən keçə bilməyən bundan qabaq 7 Nli məktəbin direktoru məktəbəqədər müəssisələrdə psixoloq ixtisaslı Şahirə müəllimədən 3000 Azn alınaraq təyin edilib. 
Deyilənlərin hamısını Təhsil Nazirliyi yoxlaya bilər. Uzun sözün qısası, Alı müəllim və xanım Məmmədova Füzuli rayon təhsil şöbəsini özəlləşdiriblər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]