Ölkə

Abel Məhərrəmovun qalmaqallı “biblioqrafiya”sı: Rektorun alimlik əllamələri

25-09-2016, 01:58
Bir neçə il öncə BDU rektorunun 510 səhifədə yer almış "Biblioqrafiya”sı çap olunub. 510 (!) səhifəlik "Biblioqrafiya” yazdırıb elmlə bağlılığı olmayan adamlara özünün "alim” olduğunu hayqırmaq heç də böyük alimlikdən, yüksək mənəvi keyfiyyətlərdən, elmə, millətə, dövlətə səmimi olmaqdan soraq vermir. Bu göz qamaşdıran "Biblioqrafiya”nın doğurduğu təəssüratları Savash.org olaraq sizlərlə bölüşək. 

Elmi belə şoka salacaq statistika

BDU rektoru heç vaxt bir gün də məşğul olmadığı sahələrə (analitik kimya, qeyri-üzvi kimya, yer quruluşu kimyası, bioloji kimya, neft kimyası, fiziki kimya, fenollar kimyası, kükürdlü üzvi birləşmələr kimyası, kristallokimya, kvant kimyası, nanotexnologiya, kimya tədrisi metodikası, biofizika…) aid yüzlərcə elmi məqalənin, tezisin, kitabkitabın, neçə-neçə patentin, dərsliyin, dərs vəsaitnin avtoru olub, elmi məqalə və tezislərinin, patent və kitablarının sayını fantastiktik həddə qədər artırıb. Bunları "Biblioqrafiya”da izləyək:

1.İctimai vəzifə daşımadığı 20 ildə (1973-1993-cü illər) 2 dərslik və dərs vəsaitinin, 50 elmi məqalə və tezisin, 12 patentin avtoru olub.

2.Fakultə dekanı işlədiyi 5 ildə (1993-1998-ci illər) isə, 45 elmi məqalə və tezisin, 8 dərslik və dərs vəsaitinin avtoru olub, 1 dissertasiyaya elmi rəhbərlik edib, 1 müxtəlif mövzulara (? — B.S.) həsr olunmuş məqaləsi, 4 müsahibəsi dərc olunub.

3.Rektor olduğu 10 ildə (1999-2009 illər) 612 elmi məqalə və tezisə avtor olub, 9 kitabı, 48 dərsliyi və dərs vəsaiti çıxıb, 23 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərlikdə bulunub, 5 kitaba redaktorluq yapıb, ictimai-siyasi çalışmaları ilə bağlı 101, müxtəlif mövzulara həsr olunmuş 61 məqaləsi, 81 müsahibəsi, 240 çıxışı ba. tutub. 2010, 2011-ci illəri nəzərə alsaq, daha böyük rəqəmlər ortada olar (aşağıda görəcəyiniz beş cilidlik "Seçilmiş Əsərləri” birinci cildinin sonunda 2010-cu ilədək 820-dən çox elmi məqalə və tezisinin olduğu bildirilir).

Ayrılıqda götürsək, "Biblioqrafiya”nın çapdan çıxdığı 2009-cu ildə 108 elmi məqalə və tezisi (il boyu üç gündə bir nəşr) dərc elətdirib, 8 dərslik və dərs vəsaiti (iki ayda dir, ilin son 3 ayında isə ayda bir) yazıb, 7 patent (iki ayda bi patent olmaqla, ilin son iki ayında ayda 1 patent) alıb, 3 dissertasiyaya (ilin hər dörd ayında bir dəfə) opponentlik edib, 1 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərliyi gerçəkləşib, 8 ictimai-siyasi mövzulu məqaləsi, 3 müsahibəsi dərc olunub, 30 çıxış yapıb, deputat kimi Milli Məclisin işində bulunub, rektor kimi ölkənin ən böyük ali məktəbini idarə edib, "BDU-nun Elmi Xəbərləri” jurnalının baş redaktoru, YAP İdarə Heyətinin üzvü, BDU-da doktorluq və namizədlik Dissertasiya Şurasının sədri, BDU-nun "Üzvi kinya” kafedrasının müdiri, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti, AMEA kimya elmləri bölməsinin büro üzvü, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının və Azərbaycan 
Milli Ensiklopediyası redaksiya heyətinin… üzvü kimi çalışmalar yapıb.

İnsan gücündən üstün fövqəllik?

İl boyu hər üç gündən bir məqalə və tezis yazmaq mümkündürmü? Bu "Biblioqrafiya”nı vərəqləyən ingilis, fransız, alman, rus, yəhudi, erməni… alimləri Azərbaycan elmini, təhsilini, idarəçilik sistemini, onu BDU-ya rektor təyin edən, fəxri adlara, mükafatlara layiq bilən hakimiyyəti necə dəyərləndirər? O da maraqlıdır, hakimiyyət bu rektoru şişirdə-şişirdə haraya aparmaq istəyir? Biz bundan bilgi tutan dışarı vicdan yiyələrindən utanmarıqmı?..

Bir ildə bir adamın müxtəlif avtorlarla 7 patent alması, 8 dərslik və dərs vəsaiti yazması, 3 dissertasiya işinə opponentlik, 2 doktorluq, bir namizədlik dissertasiyasına elmi rəhbərlik etməsi, ictimai mövzularda onlarla məqalələr yazması, müsahibələr verməsi, çıxışlar etməsi, eyni zamanda Milli Məclisin işində iştirak etməsi, universitetə rəhbərlik etməsi, çoxsaylı qurumlarda təmsil olunması mümkündürmü?..

Hamının bildiyi gerçəkliyi yada salaq. Hər hansı bir insan 108 hazır məqaləni, neçə-neçə kitabı, dissertasiyanı, ictimai-siyasi çalışmaları ilə bağlı və müxtəlif mövzulara (? – B.S.) həsr olunmuş məqalələri, müsahibələri bir il heç nə etmədən oxuya bilsəydi belə, ona "fenomen” demək olardı. Ancaq bunların temasını özünün qoyduğunu, materialları özünün yazdığını, oxuduğunu, dərc etdirməyə imkan tapdığını, dissertasiyalara elmi rəhbərlik və opponentlik etdiyini, deputat kimi çalışdığını, universitet kimi möhtəşəm bir ali məktəbə rəhbərlik etdiyini, kimləri hansı yollarla özündən asılı duruma salmağın yollarını düşünüb tapdığını, hansı "arzuolunmaz”ı, "ipə-sapa yatmaz”ı necə "zərərsizləşdirməyi” aramdığını da buraya qoşduqda, BDU rektoru üçün "fenomen” sözü analoqu olmayan dərəcə zəif çıxar, bu sözün onun kiliyini ifadə etməyə gücü çatmaz. Bunun üçün yeni termin icad edilməlidir. Nə etməli, dilimizin bundan artığını deməyə indilikdə gücü çatmır…

Gerçəklik nədən ibarətdir?

BDU rektorunun adı ilə bağlı belə geniş miqyaslı "yaradıcılıq məhsulları”nın ortaya çıxması təəccüblü deyil. Çünki o, bu işi özünün kəşf etdiyi çox sadə yollarla başa gətirib: özünün Baş Redaktor olduğu "Bakı Universitetinin Xəbərləri”ndə və təşkil etdiyi elmi konfransların materiallarında, BDU nəşriyyatında kimya ilə bağlı dərc olunan bütün elmi məqalə, tezis, monoqafiya, dərslik və dərs vəsaitlərində rektorun avtorluğu qaçılmaz olur, o, universitet əməkdaşlarının başqa ölkələrdə də dərc olunan yaradıcılıq məhsullarına şəriklik edir. Bu deyilənlər də "Biblioqrafiya”dan (Abel Məhərrəmov. Biblioqrafiya. "Çaşıoğlu” nəşriyyatı, Bakı 2010) götürülmüş faktlara söykənir.

"Bakı Universiteti Xəbərləri”nin bir sayında onun adı ilə bağlı olan elmi məqalələrin sayı 10-dan artıq olur, təşkil etdiyi elmi konfransların materiallarında bu rəqəm 20-i keçir. Heç zaman, heç yerdə jurnalın bir sayında birdən artıq məqalə dərc edilmir (təsadüfi halda eyni mövzuya həsr olunmuş, bir-birinin davamı olan iki məqalə bir sayda dərc olunur). Ancaq A.Məhərrəmovun adı gedən, müxtəlif kimya sahəsinə aid 10-dan artıq məqalə dərginin bir sayında yer alır. Çünki məqalələrdə dərginin baş redaktooru A.Məhərrəmovun adı gedir.

Təkcə Yer üzündə yox, insan yaşayan başqa planetlərdə də indiki BDU rektoru kimi "məhsuldar” işləyən elm adamı, universitet rəhbəri, parlament deputatı, jurnal baş redaktoru, aspirant və doktorant elmi rəhbəri, dissertasiya opponenti, kitab redaktoru, Partiya İdarə Heyətinin üzvü, doktorluq və namizədlik dissertasiyası şurasının sədri, kafedra müdiri, Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti, akademiyanın Kimya Elmləri Bölməsinin büro üzvü, ölkə elmində islahatlar aparılması ilə bağlı Dövlət Komissiyasının, Ensiklopediya redaksiya heyətinin üzvü… taparaq öyünmək mümkünsüzdür.

Rektor şahənşahlığı

O, öz "Biblioqrafiyası”nda 2002-ci ildə üzvi kimya kafedrasına müdir seçilməsini bildirir. Ancaq Üzvi kimya kafedrasının müdiri vəzifəsinə göz tikən rektor dekanlıq illərində professor Məmməd Mustafayevi şantaj etmək üçün qrup yaratdı, onun kafedra müdirliyindən istefasına nail oldu. Məmməd müəllim Türkiyəyə köçməli olddu, orada antigen və vaksinlər kimyası sahəsində mütəxəssis hazırlamaqla yanaşı, praktiki işləri ilə Türkiyə büdcəsinə hər il 100 minlərlə ABŞ dolları məbləğində gəlir gətirdi, akademik Kabanov məktəbi ilə Türkiyə arasında işbirliyi yaratdı. Gələcəkdə kafedranı ələ keçirmək üçün Abel müəllim əfəl bir adamla sövdələşib onu üzvi kimya kafedrasına müdir keçirdi.

Rektor keçəndən dərhal sonra kafedranı həmin əfəl professordan aldı, alternativsiz, formal bir konkurs keçirdi öz ərmri ilə üzvi kimya kafedrasının müdiri vəzifəsini tutdu. Sonra bu münasibətlə kafedrada keçirdiyi banketdə həmin əfəl professor onu üzvi kimya kafedrasına "allah bəxşişi” adlandıraraq tərifləmişdi. Bu fikrə şərik çıxanlar, bunu nəzmə çəkənlər də tapılmışdı, kafedranın yeni müdiri isə, tərifdən məst olmuşdu. Buraya məni də çağırmışdılar. O çağlar "sabiq”ləşmiş kafedra müdirinə və fakultənin başqa əməkdaşlarına bildirdim, rektor həqiqi konkurs yoluyla qələbə çalsaydı, onun banketinə getmək olardı.

O, rektor təyin ediləndən (11.1999-cu il) sonra universitetin fakultələrinə, rəhbərliyinə yerlilərini (tabii, bu, onun yerlilərinə məhəbbətindən deyil, "ev bizim, sirr bizim” mühiti yaratmaq istəyindən irəli gəlir – B.S.), tayfasından olanları, yaxınlarını gətirərək (müdafiə etməyənlərinə dissertasiya müdafiə etdirdi), hamısını vəzifələrə yerləşdirdi, bir çoxlarını dekan müavini təyin etdi (sovet dönəmində respublikaların ikinci katiblərinin rus millətindən idi). Dekan, kafedra müdiri yerlərini mümkün qədər boşaldıb yaxınlarına verdi, açılmış iş yerinə yalnız öz yaxınlarını götürdü, universitetdə "ev bizim, sirr bizim” mühiti yaradaraq aşağıda görəcəyiniz əməllərinə start vermişdir.

"Ailə podaratı”

Rektor təyin olunan günün səhəri öz ailə üzvlərindən birini pedaqoqika kafedrasına keçirərək oranın dissertantı keçirtdi, 20.05.2003-cü ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdirərək (ilk elmi nəşri: "Bakı Dövlət Universiteti-80” Elmi Konfransın Materialları. Bakı, 1999, s.472) onu öz sərəncamı ilə kafedraya müəllim təyin etmişdir. Elə o ərəfədə başqa bir ailə üzvünü tələm-tələsik biologiya fakultəsinə dissertant keçirtdi, o da 28.02.2003-cü ildə AMEA Torpaqşünaslıq və Ağrokimya İnstitutunda (institut direktorunun oğlu İbrahim Məmmədov da 2004-cü ildə BDU rektorunun rəhrərliyi altında BDU-da dissertasiya müdafiə edib) biologiya elmləri namizədi (ilk elmi nəşri: BDU-nun 80-illiyinə həsr olunmuş "Gənc bioloq-99” Elmi konfransının materiallarında:-1999-cu il), 2008-ci ildə isə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsini gerçəkləşdirmiş, yeni kafedra açaraq öz sərəncamı ilə onu kafedraya müdir təyin etmişdir. Xarici İşlər Nazirliyində işləyən oğlu Anar Məhərrəmovu BDU-nun hüquq fakultəsinin dissertantı keçirərək, 24.12.2003-cü ildə hüquq elmləri namizədi (ilk elmi nəşri (şərikli) : Jurnal "Rıbnoe xozyaystvo”, 2002, №2) alimlik dərəcəsi almasına nail olmuşdur. Hazırda onu həm də BDU-nun hüquq fakultəsinə müəllim keçirmişdir.

BDU rektoru bu özbaşınalıqları törədərkən cəzasız qalacağına, həm də elədiklərinin "müqabilində” orden-medallarla, cürbəcür imtiiyazlarla mükafatlandırılacağına güvənir. İndi görün, o, hansı fəndlərdən istifadə edib?! O, rektor keçən kimi, dövlət hakimiyyətində aparıcı şəxslərdən birinin BDU-da işlədiyi 25-30 il müddətində elmi dərəcə almayan ailə üzvlərindən birinə himayəçilik edərək 31.10.2002-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alması üçün onun dissertasiya müdafiəsini təşkil etmiş, sonra Hesablama Riyaziyyatı kafedrasına müdir təyin etmişdir. Həmin aparıcı şəxsin ailə üzvlərindən Fiziologiya İnstitutunda işləyən başqa birini də BDU-nun Psixologiya kafedrasına keçirərək 14.12.2002-ci ildə onun psixologiya elmləri namizədi (ilk elmi nəşri: Psixologiya jurnalı, № 1-2, 2001.-C.52-59), 2008-ci ildə psixologiya elmləri doktoru alimlik dərəcəsi almasını təşkil etmişdir, Psixologiya kafedrasını iki yerə parçalayaraq onu kafedra müdirliyinə keçirmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]