Gündəm

Beynəlxalq “alverçilər” İlham Əliyevə qarşı - Faktlar

25-09-2016, 00:40
Prezident İlham Əliyev referendum ərəfəsində üstün çıxdı

Politika.Az xəbər verir ki, dövlət başçısı Avropa Parlamentindən sonra Venesiya Komissiyasının qabağında dik dayandı.

Ölkə başçısı beynəlxalq təşkilatların siyasi alverçi olduğunu isbatladı. Sübut olundu ki, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti hər seçkidə fəallaşan təşkilatlardır. Onların merkantil maraqları imkan vermir ki hadisələrə obyektiv yanaşsın. 

Əksinə, demokratiya və insan haqları mövzusunu siyasi alətə çevirmiş qüvvələr referendumda da bazar mühiti yaratdılar. 

Onlar hakimiyyətə qarşı tənqidlər səsləndirir, sonra "demokratiyaya doğru bir addım irəli” bəyanatı verir, əməllərinə haqq qazandırır. 

Politika.Az xəbər verir ki, Azərbaycanın yerləşdiyi regionda beynəlxalq təhlükəsizlik və sabitlik baxımından mühüm rola malik olması artıq dünya birliyində də öz təsdiqini tapıb. 

Həyata keçirilən düşünülmüş və davamlı strategiya ölkəmizi etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən, regional və beynəlxalq problemlərlə bağlı öz mövqeyi ilə seçilən müstəqil dövlət kimi tanıdıb.

Dövlətimizin başçısının regional əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə milli maraqlara, o cümlədən iqtisadi maraqlara, təhlükəsizliyə və sabitliyə istiqamətlənmiş xarici siyasəti ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirib. 

Antiazərbaycan mövqeyini gizlətməyən "Freedom House”, "Human Rights Watch”, "Amnesty İnternational”, "Transparency İnternational” və "Sərhədsiz reportyorlar” kimi təşkilatlar indiyə qədər Azərbaycana qarşı ikili standartlardan istifadə edir, ölkəmiz haqqında yalan məlumatlar əsasında hesabatlar hazırlayaraq beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmağa çalışırlar. 

Həmin beynəlxalq təşkilatların riyakar siyasəti, işğalçı Ermənistanın terror aktlarını, insanları yurd-yuvalarından didərgin salmalarını, yaşayış məntəqələrini, tarixi-mədəni abidələri vəhşicəsinə məhv etmələrini görməzliyə vurmaları beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizlikdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]