Siyasət

BMT məruzəçisi hökumətdən nə istəyir?- TÖVSİYƏLƏR

24-09-2016, 21:21
BMT məruzəçisi hökumətdən nə istəyir?- TÖVSİYƏLƏR

BMT-nin İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçisi Mişel Forst sentyabrın 22-də Azərbaycana səfərinin yekunlarına dair hesabat hazırlayıb. Hesabatda Azərbaycanda insan hüquqları sahəsində vəziyyət kəskin tənqid olunur.

Hesabatın sonunda BMT məruzəçisi vəziyyətin dəyişməsi üçün Azərbaycan hökumətinə və beynəlxalq ictimaiyyətə tövsiyələr verib.

Gununsesi.info həmin tövsiyyələri təqdim edir:

"Tövsiyyə edirəm ki,  Hökümət:

–          Beynəlxalq və regional insan hüqyuq mexanizmlərinin tövsiyyələrini nəzərə alaraq, insan hüquq müdafiəçilrinin əlverişli hüquqi, instutisional və inzibati çərçivədə fəaliyyət göstərə bilməsini təmin etsin.

–          Müdafiəçilərin dinc və legitim fəaliyyətlərini cinayətləşdirmək cəhdlərindən çəkinsin və əvəzində,  fikir ayrılığının mümkün olmasına baxmayaraq, müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olsun.

–           Beynəxalq və regional insan hüquq mexanizmlərinin qətnamə və tövsiyyələrinə əsasən həbsdə olan bütün hüquq  müdafiəçilərini azad etsin, QHT rəhbərləri və əməkdaşlarına  qarşı cinayət ittihamlarını geri çağırsın, ölkədən çıxışa qoyulan məhdudiyyəti aradan qaldırsın və bank hesablarını  açsın.

–           İfadə, azad toplaşma və birləşmə azadlığı  da daxil olmaqla  müdafiəçilərin hüquqlarını məhdudlaşdıran inzibati və hüquqi maneələri nəzərdən keçirsin və aradan qaldırsın, habelə ölkə qanunvericiliyinin beynəlxalq insan hüquqlarına aid  qanun və standartların baza prinsiplərinə uyğunluğunu təmin etsin.

–          Təşkilatların qeydiyyat prosesini daha sadə, az yüklü və sürətli etsin,  "xəbərdarlıq prosedurunu” qəbul etsin, habelə vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə mənbələrinə çıxışını asanlaşdırmaq və əlçatan etmək üçün  QHT-lərə aid movcud qanunvericiliyi yenidən nəzərdən keçirsin.

–          Azad   toplaşma hüququna tətbiq olunan məhdudiyyətlərin sözügedən hüququn öz mahiyyətini pozmamasını, məhdudiyyətlərin qanunla tənzimlənməsini, münasib və "demokratik cəmiyyətdə tələb olunan” qədər olmasını təmin etsin, bununla bərabər nümayişlərin müvafiq obyekt və hədəf auditoriyasının "görə və eşidə biləcəyi” yerdə keçirilməsinə icazə versin.

 

 Tövsiyyə edirəm ki, insan hüquq müdafiəçiləri:

–          Müdafiəçiləri  qoruyan və vətəndaş  cəmiyyəti arasında əlaqələnirməni mümkün edən milli platforma və yaxud şəbəkələr yaratsınlar.

–          BMT-nin İnsan Hüquqları Müdafiəçilərinə dair Bəyannaməsi haqqında daa çox məlumat toplasınlar və cəmiyyətdə onu geniş yaysınlar.

Tövsiyyə edirəm ki, beynəlxalq ictimaiyyət:

 

–          Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəçilərini və vətandaş cəmiyyətinin səlahiyyətləndirmək  və onlara dəstək göstərmək üçün səylərini artırsın.

–          BMT-nin İnsan hüquqları Müdafiəçilərinə dair Bəyannaməsini dərc etsin və onun  vətəndaş cəmiyyəti və daha geniş ictimaiyyət arasında yayılması üçün tədbirlər görsün.

–          Təşkilatı quruculuq, inkişaf və digər proqramlar çərçivəsində insan hüquqlarının müdafiəçilrini təmin etmək məqsədi ilə Azərbaycan Höküməti və vətəndaş cəmiyyəti arasında dialoq və əməkdaşlığa dəstək versin”.

 

Gülnaz Qənbərli

Gununsesi.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]