İqtisadiyyat

Masallıda pensiya alanlar etiraza qalxdı, yol bağlandı VİDEO

24-09-2016, 21:11

Masallıda pensiya alanlar etiraza qalxdı, yol bağlandı VİDEOMasallıda pensiya alanların "Kapitalbank” bankomatlarından pul çəkə bilməməsi sakinlərin narazılığına səbəb olub.Bu səbəbdən rayonun mərkəzində Kapitalbankın qarşısında yolu bağlayıblar. Əsas narazılığ ümumi Masallı rayonu üçün cəmi Kapitalbankın 3 (hazırda ikisi fəaliyyət göstərir) bankomatının olmasıdır. Nəticədə günlərlə aparatın qarşısında növbədə dayanmalı olurlar. Digər tərəfdən də bankomatlarda lazımı məbləğdə pul olmaması əhalinin narazılığına səbəb olub. Sakinlər bildirir ki, xəstəsi olan var, dərman almalıdırlar, pul isə yoxdur. Əraziyə polis əməkdaşları cəlb edilib. Bir neçə nəfər saxlanılsada sonradan sərbəst buraxıldıqları deyilir.

Polislər Cenubnews.om-un əməkdaşı Jurnalist Mirələm Həşimovun çəkiliş etməsinə mane olmağa çalışıblar.

Çəkə bildiklərimizi sizlə bölüşürük.

AXCP sədri Əli Kərimli özünün facebook səhifəsindəbaş verənlərlə bağlı qeyd paylaşıb:

"Masallı camaatı pensiyaların gecikdirilməsinə etiraz edir. Rejim elə vəziyyət yaradıb ki, ölkədə bir milyondan artıq ailə üçün pensiya yeganə yaşayış vasitəsidir. Ölkənin sərvətlərini oğurlayıb xaricə daşıdılar, şöhrət qazanmaq üçün xaricdə tarixi abidələri, muzeyləri təmir etdirməyə, park salmağa, məktəb tikdirməyə xərclədilər, korrupsiya və israfçılıqla dağıtdılar. İndi isə artıq pensiyanı da vaxtında verə bilmirlər. Daha ciddi sosial-iqtisadi çətinliklər isə hələ qarşıdadır. Buna görə mitinqlərdə "Talana son!” tələb edirdik. Amma talanın, yalanın sonunun çatması üçün gərək hamımız "Monarxiyaya yox! Talana son!” tələb edək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]