Dünya

Misirdə miqrantları daşıyan qayıq batdı - 162 ölü

23-09-2016, 21:38
Misirdə miqrantları daşıyan qayıq batdı - 162 ölü

Misirdə miqrantları daşıyan qayığın  batması nəticəsində ölənlərin sayı 162-yə çatıb.

Sentyabrın 21-də batan qayığın göyərtəsində təxminən 600 miqrant olub. Qəza qurbanlarının sudan çıxarılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir. 

Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində əsasən Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]