Əsas Səhifə / Kriminal

Yol polisinin özbaşınalığı 7 nəfərin həyatına belə son qoydu - ŞOK VİDEO

12-12-2015, 21:25
Yol polisinin özbaşınalığı 7 nəfərin həyatına belə son qoydu - ŞOK VİDEO   Bir müddət əvvəl Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Belə ki, iki “VAZ 2107"-nin toqquşması nəticəsində böyük faciə yaşanmışdı.

Dəhşətli qəza nəticəsində biri hərbi qulluqçu olmaqla 7 nəfər həyatını itirmişdi.

7News.Az-ın məlumatına görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.

Qeyd edək ki, yuxarıda hadisə ilə bağlı sosial şəbəkələrdə şok video yayılıb. Videodan və videoya gələn şərhlərdən aydın olur ki, qəzadan öncə yol polisləri VAZ 2107 markalı maşının sürücüsünə qarşı zor tətbiq etməyə başlayırlar. Onların zorakılığı digər sürücülər tərəfindən həvəskər video ilə lentə alınır. Videodan da görünür ki, 2107-nin sürücüsü təlaş içindədi və polislər onun bu təlaşını, psixoloji durumunu zor gücün hesabına daha da ağırlaşdırırlar. Nəticə isə göz qabağındadır. Yol polisinin "terroru" 7 vətəndaşımızı bizdən aldı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]