Bakıda mini «yubkalı» qıza yol verən sürücülər qəzaya düşdü – REAL VİDEO
Bakıda qəribə yol qəzası baş verib. Piyadaya yol verən sürücü ağır qəzaya səbəb olub. Nəticədə həmin sürücünün avtomobili ilə yanaşı daha iki avtomobil əzilib. Yəni, qaydanı pozan bir qadına görə zəncirvari qəza baş verib.
Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Xidmətindən əldə etdiyi videodan aydın olur ki, xanım piyada taksidən düşür və dühən kimi də maşınlara əhəmiyyət vermədən yolu keçməyə çalışır. Bu zaman qara rəngli «Mercedes» dayanıb mini yubkalı qıza yol verir. Arxadan gələn digər «Mercedes» də sürəti azaldaraq dayanır. Lakin onların arxasınca gələn gümüşü rəngli avtomobil sürətlə hərəkətdə olduğu üçün dayana bilmir və toqquşma baş verir. Nəticə göz qabağandadır.
Onun ucbatından qəza baş verdiyini görən qız geri qayıtsa da, qəzaya düşənlər həm onu danlayır, həm də ona yol vermək üçün dayanan birinci «Mercedes»in sürücüsünə irad bildirirlər.
Burada qəzaya səbəbkar həmin qadındır. Bunu sorğu-sualsız qəbul etmək lazımdır. Ona yol vermək üçün dayanan «Mercedes»in sürücüsünü birbaşa qınamaq da olmur. Arxadan gələnlər ara məsafəsini düzgün seçmiş olsaydılar qəza baş verməzdi. Amma günahkarları sıralamalı olsaq ilk növbədə taksi sürücüsünü cəzalandırmaq lazımdır ki, harada gəldi müştəri mindirib-düşürməsin. İkinci növbədə, qadını cəzalandırmaq lazımdır ki, yolu haradan gəldi keçməsin. Yolu keçərkən maşınların üstünə tullanmasın.
Üçüncü növbədə isə elə həmin piyadaya yol verən sürücünü məsuliyyətə cəlb etmək olar ki, lüzumsuz yerə tormoz verib qəzaya səbəb olmasın. Çünki piyada heç onun yolunda da deyildi. Yəni, sürücü ona yol verməyə məcbur deyildi. Sadəcə, bizim əksər sürücülərin xarakterində olduğu kimi, yaşlı adamlar, kişilər, uşaqlar yolu keçəndə yol vermirlər, amma mini «yubkalı» bir qadın görən kimi qəfil tormozlama ilə ona yol verirlər. Bax, bu qəzanın əsas səbəbi elə o mini «yubka» idi…