Siyasət

Əliyevə jest: Kreml kəlbəcərli girovlar üçün çırmanır

16-09-2016, 00:57
Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə kəlbəcərli girovların qaytarılması müzakirə oluna bilər

Bu barədə Politika.Az-a diplomatik qaynaqlardan məlumat daxil olub. 

Məlumata görə, Dağlıq Qarabağ danışıqlarında Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinin də gündəmə gətiriləcəyi gözlənilir. 

Son zamanlar Rusiyanın danışqılar prosesində fəallaşması və girovlardan birinin Rusiya vətəndaşı olması bu məsələnin həllini sürətləndirə bilər. 

Kremlin Ermənistan qarşısında girovların azad edilməsini qeyd-şərtsiz tələb etməsi kifayətdi ki Dilqəm və Şahbaz buraxılsın. 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin görüşünün ABŞ-da olacağına ümid etdiyini bildirib. 

Ancaq görüşün nə zaman və harada olacağı haqda səhih informasiya açıqlanmayıb. 

Lakin iki ölkənin xarici işlər nazirlərinin görüşündən sonra prezidentlərin görüşü nəzərdə tutulub. 

Kəlbəcərli əsirlərin azad olunması istiqamətində göstərilən səylər hələ ki məticə verməyib. Ümid olunur ki, növbəti görüşdə məsələ müsbət həllini tapa bilər. 

Rusiyanın bu müzakirələrdə aktiv iştirakı gözlənilir. Bildirilir ki Moskva ilə Bakı arasında yaxınlaşmanın nəticəsi olaraq kəlbəcərli girovların azad edilməsi üçün Kremlin dəstək verəcəyinə ümid var. 

Moskvanın separatçı rejimlə danışıqlar aparacağı və İrəvanın da qarşısında şərt qoyacağı söylənir. Qeyd edək ki Rusiya ilə Türkiyənin barışmasında prezident İlham Əliyev vasitəçilik edib. 

Bunu türk baş naziri Binəli Yıldırım açıqlayıb. Moskva da təşəkkür əvəzi olaraq kəlbəcərli girovların buraxılmasında dəstək verə bil

Administratorla əlaqə

077 611-55-22

[email protected]