Media
ANS-in vəkili məhkəmədən vaxt istəyib
15-09-2016, 13:48
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Xeberman.com APA-ya istinadən xəbər verir ki, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınıb.