Siyasət

“Azərbaycanın Avrasiya İttifaqına daxil olması təxirə salınıb” –Lepexin

11-06-2016, 02:48
“Azərbaycanın Avrasiya İttifaqına daxil olması təxirə salınıb” –Lepexin

"Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə müzakirələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb”. 

Bu sözləri Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın üzvlüyünün müzakirəsinin təxirə salınmasına səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasıdır:

"Avrasiya İttifaqına daxil olmaq üçün növbədə Tacikistan dayanır. Yəqin ki, Tacikistan yaxın vaxtlarda İttifaqa daxil olacaq. Amma Bakı və İrəvan arasında gərginliyin artması Azərbaycanın İttifaqa üzvlüyünün təxirə salınması ilə nəticələnib”.

Lepexin deyib ki, Avrasiya ittifaqına daxil olan dövlətlər arasında millətlərarası münaqişə yoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]