Kriminal

Qazaxda iki nəfər yol qəzasının qurbanı olub

11-09-2016, 13:11
Qazaxda iki nəfər yol qəzasının qurbanı olub

Qazax rayonunun Canallı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, bu gün saat 01 radələrində Qazax rayonunun Canallı kəndində şəhər sakini Amil Əhmədov idarə etdiyi "Opel” markalı avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişini Xəyalə Abbasova hadisə yerində ölüblər.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]