Foto Fakt

Kanadadan pulsuz Azərbaycana gələn səyahətçi – FOTO

11-09-2016, 02:07
Kanadadan pulsuz Azərbaycana gələn səyahətçi – FOTO

Özünü Vadam adlandıran kanadalı qeyri-adi səyahətçi Bakıya gəlib.

Xeberman.com xəbər verir ki, qadın səyahətçi Trend-ə bildirib ki, səkkiz illik səyahəti ərzində dünyanın təqribən 15 ölkəsindən keçib.

Dağlar və meşələrdə səyahət edən Vadam qeyd edib ki, səyahət zamanı yalnız təbiətin verdiyi nemətlərə – meyvə, giləmeyvə, tərəvəzlə qidalanmağa üstünlük verir: "Piyada və avtostopla səyahət edirəm”.

O, barabanı ilə özünə qazanc əldə etdiyini deyir: "Sadəcə otururam və barabanda musiqi çalıram”.

Vadam Azərbaycanda çox müsbət enerjili mühit olduğunu əlavə edib: "Şəhərin arxitekturası və Bulvar çox xoşuma gəlir”.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]