Əsas Səhifə / Xəbərlər

İslam Kərimovun böyük qız Gülnarə Kərimova atasının dəfninə gəlməyib

3-09-2016, 20:46

 İslam Kərimovun böyük qız Gülnarə Kərimova atasının dəfninə gəlməyib
Xeberman.com  Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə "Fərqanə” saytı məlumat verib. 

Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib.

Məlumata görə, G.Kərimova faktiki olaraq ev dustağıdır, internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londonda yaşayır və babasının dəfn mərasiminə gəlməyib. 

78 yaşlı Özbəkistan prezidentini bu gün doğma şəhəri Səmərqənddə dəfn ediblər. İ.Kərimovun vəfatı haqqında sentyabrın 2-də axşam elan olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]