Dünya

İslam Kərimovun varisi ev dustağı edildi

30-08-2016, 18:40
Özbəkistan baş nazirinin müavini Rustam Azimov ev dustağı edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu, prezident İslam Kərimovun ölməsi ilə bağlı KİV-də xəbər yayılandan sonra olub.

Xebermn.com-un verdiy məlumata görə, dünən "Ferqana.ru” agentliyi insult keçirən dövlət başçısının ölməsi haqda xəbər yayıb. Digər KİV-lər bu məlumatı təsdiqləməyiblər.

Daşkənddən də rəsmi bəyanat yoxdur.

Baş nazirinin müavini Rustam Azimov İslam Kərimovun mümkün varislərindən biri adlandırılıb. Ehtimallara görə, İslam Kərimovun ölməsi ilə bağlı KİV-də xəbərin yayılması Rustam Azimovun adamları tərəfindən təşkil olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]