Əsas Səhifə / İdman

“Ümumdünya Köçəri idman oyunları” keçiriləcək

3-09-2016, 10:23

“Ümumdünya Köçəri idman oyunları” keçiriləcək
3-7 sentyabr 2016-ci il tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində "Ümumdünya Köçəri idman oyunları” keçiriləcək. 

Gənclər və İdman Nazirliyindən  Xeberman.com -a verilən məlumata görə gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmiz adından bu tədbirə qatılacaq. 

Tədbir çərçivəsində qonaqlar üçün "Kırçın” vadisində "Köçməndər Aalamı” festivalı baş tutacaq. Festival çərçivəsində Qırğızıstan Respublikasının ümumilikdə 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunacaq.

Bununla yanaşı, 5-7 sentyabr tarixlərində tədbir iştirakçılarının "WorldNomadFest 2016” festivalı çərçivəsində etnomoda, etnoxit və etnorəqslər istiqaməti üzrə çıxışları olacaq. Ümumilikdə "Ümumdünya Köçəri idman oyunları”nda 53 ölkədən 23 idman növüüzrə 2000 idmançının iştirakı nəzərdə tutulub.

Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3musiqiçi ilə qatılacaq.

İdmançılarımız öz qüvvələrini Milli güləş, Alış güləşi, Aba güləşi, Türkməngüləşi, Qazax güləşi, Qırğız güləşi, Mas-Reslinq, Er-Eniş (at üstündə güləş) və ənənəvi kamandan ox atma idman növlərində sınayacaq.

Tədbirin açılış mərasimi və yarışlar Çolpon-Ata şəhər hippadromunda keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]