Dünya

'Fərat Qalxanı'nın 2-ci mərhələsi başlandı

2-09-2016, 02:46
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Çobanbəy ilə Cerablus arasındakı əraziləri ələ keçirmək üçün "Fərat Qalxanı” əməliyyatının 2-ci mərhələsinə başlayıb.
 
Axar.az xəbər verir ki, 90 kilometrlik ərazinin 39-na artıq müxaliflərin nəzarət etdiyi açıqlanıb.
 
Məlumata görə, Sabuniyə, Qərbi Şeynat və Telşine kəndləri İŞİD-dən geri alınıb.
 
Qeyd edək ki, türk ordusu 9-cu gündür ki, Suriyada hərbi əməliyyat aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]