Dünya

Cerablusda Türkiyənin tankı vuruldu - 3 əsgər yaralandı

31-08-2016, 00:21

Suriyanın Cerablus şəhərində Türkiyə Silahlı Qüvvələrinə məxsus tank raket atışına tutulub.

 

Xeberman.com "Milliyet”ə istinadən verdiyimiz məlumata görə, hadisə nəticəsində 3 əsgər yaralanıb. 
Tanka yüngül ziyan dəyib.

 

Xatırladaq ki, Türkiyə "Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 13 kəndi terrorçulardan azad edib. Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kəndi Azad Suriya Ordusu terrorçulardan təmizləyib.


 

 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]