Siyasət

İnsanovun liderlik yolunu bağlayan - Pərdəarxası nüanslar

1-09-2016, 00:36
Əgər 2005-ci ildə həbs olunmasa və 2016-cı ilə qədər postunda olsaydı Əli İnsanova münasibət dəyişməz qalacaqdı

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, barəsində yeni cinayət işi açılan sabiq səhiyyə nazirinin müxalifətin lideri olması haqda mülahizələr yenidən aktuallaşıb. 

Hələ 2005-ci ildə keçirilən məhkəməsində müxalifət liderlərindən üzr istəyən keçmiş nazir sonrakı illərdə müxalifətin rəğbətini qazana bildi. 

Bəzi partiyalardan ona mesajlar da ünvanlandı. Əsasən də AXCP və Müsavat eks-nazirə qarşı isti münasibət sərgilədilər. Geridə qalan dönəmdə keçirilmiş seçkilərdə İnsanovun müxalifətin vahid namizədi olması belə gündəmə gətirilmişdi.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, zaman məhbus İnsanovun apardığı mübarizədə heç də siyasi koloritlər olmadığını təsdiqlədi. 
Əslində, sabiq nazir öz davranışları və çıxışları ilə sübut etdi ki, onun dirənişi və sınmazlığı sırf şəxsi ədavətə söykənir. 

Yəni, bu münaqişədə xalqın gələcəyi, ölkənin taleyi, millətin sosial-iqtisadi problemlərinə yönəlik hər hansı amillər aparıcı deyil. İnsanov üçün bu faktorlar yalnız publikaya işləmək və ictimaiyyətin rəğbətini qazanmağa hesablana bilər. 

Ona görə də məhkəmə çıxışlarında da sabiq nazirin fikirləri daha çox şəxslərə yönəlik idi, nəinki Azərbaycanın problemləri ilə əlaqəli...
Əminliklə söyləmək olar ki, Ə.İnsanov 2016-cı ilə qədər postunda olsaydı səhiyyədəki talançılıq, korrupsiya, ana və uşaq ölümləri artacaqdı, hamı onu lənətləyəcəkdi. 

Eləcə də müxalifət liderlərindən üzr istəməyəcək və mətbuata qarşı kobud rəftarını davam etdirəcəkdi. 

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, məhbus İnsanov isə şəxsi keyfiyyətlərinə görə avtoritetləşmiş, hikkəli, qətiyyətli, qürurlu və məğrurdur. 
Onun ədavəti və prinsipial davası şəxsidir. İnsanov sadəcə ləyaqətli qalmaq arzusundadır, sınmaq istəmir, hətta türmədən meyiti çıxsa belə... 

Yəni bu mübarizəsi xalqçılığa, ölkənin gələcəyi naminə aparılan mübarizəyə söykənmir, söykənə də bilməz. Və insanın ikiləşməsi gedən İnsanova subyektiv baxış da buradan qaynaqlanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]