İqtisadiyyat

“SOLİD CONSTRUCTİON” ŞİRKƏTİNİN RƏHBƏRİ MƏMUR İMİŞ…

1-09-2016, 00:30

Özünün yüksək vəzifədə işlədiyini deyən Mənsur Ağasəlim oğlu Ağamirov kimlərə arxalanır?

Avqustun 25-də 365info.az saytında ""Nort Vest Konstrakşn” şirkəti tenderlərdə hansı "oyunlar” oynayır?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi: "365info.az-ın redaksiyasına "Solid Construction” şirkətinin hələ ki, adlarının çəkilməyini istəməyən əməkdaşları tərəfindən verilən məlumata görə "NORTH WEST CONSTRUCTION” ("Nort Vest Konstrakşn”) şirkətinin baş direktoru İbrahim Manaflı onların şirkətinin inkişafı üçün problem yaradır. Problem ondan ibarətdir ki, bu gün "Nort Vest Konstrakşn” şirkəti ölkədə iri tikinti-tender layihələrinin icrası üçün aşağı qiymətlər təklif edərək, tenderlərdə bu layihələrin icra haqqına sahib olur.

14FFFFFF

Və onunla tender-tikinti layihələrində heç kim rəqabət apara bilmir. Ancaq "Solid Construction” şirkətinin əməkdaşlarının dediyinə görə "Nort Vest Konstrakşn” şirkətinin rəhbəri İbrahim Manaflı aşağı qiymət verərək iri layihələrə sahib olur, hətta sonradan həmin layihələrin podratçılığını da hər şirkətə verilməyini rəva bilmir. Misal üçün, "Solid Construction” şirkətini gələcəkdə özünə rəqib gördüyü üçün, qalib olduğu layihələrin podratçılığını ona verilməməyində böyük maraq göstərir”.

 

Qeyd edək ki, həmin yazıda özünü "Solid Construction” şirkətinin rəhbəri kimi təqdim edən və müxtəlif iş adamlarından bu şirkətin borclarını vermək üçün kömək istəyən Abdul Mirzoyevin də şəkli yerləşdirilmişdi. Bu yazının dərcindən sonra, 365info.az-ın redaksiyasına zəng edən Mənsur Ağasəlim oğlu Ağamirov adlı şəxs bu şirkətin rəhbəridir.

 

14111639_1216497025058197_903882156_n

M.Ağamirovun sözlərini oxuculara təqdim edirik: "Əsası olmayan bir məlumat yayılıb, bu məlumatı hardan əldə etmisiniz, necə araşdırmısınız… Araşdırmaya davam edin, mən razı. Amma siz o xəbəri götürün, araşdırın. Adım Ağamirov Mənsur Ağasəlim oğludur. Mən özüm də hal-hazır yüksək vəzifədə işləyirəm də…Sözümü deyirəm, sözümün ağasıyam. Nəsə tapsanız, mən özüm gəlib redaksiyanızda təsdiqləyərəm. Tapsanız eləyin, tapmasanız eləməyin də… Siz də jurnalistsiniz, qolunuz çox yerə çatır. Bizim də çox şeydən başımız çıxır da. Şirkət sahibiyəmsə, ən azından bildiyim var ki, gəlib şirkət qurmuşam, böyük şirkətlərlə işlər qurmuşam. Dövlətə vergi ödəyicisiyəm, 10 ildir vergi ödəyirəm. "Nort Vest Konstrakşn”ın rəhbəri İbrahim Manaflı mənim böyük qardaşımdır. Elə bilməyin ha, sizə zəng etməyi mənə İbrahim deyib… Gedin, kimdən istəyirsiniz, soruşun… Hamı deyəcək ki, İbrahimlə Mənsur qardaşdır. O yazını oxuyanlar da qıraqdan gülür ki, necə olur, Mənsurla İbrahim qardaşdır, amma belə şeylər yazırlar. Mən "Nort Vest”lə iş görmüşəm. O məlumatı götürün, istəyirsiniz şərt kəsək, istəyirsiniz notariusla müqavilə bağlayaq, özüm gəlib təsdiqləyəcəm. Biz də müsəlmanıq… Mən istəmirəm adım hallansın. Orda Abdulun şəklini vermisiniz, mənim dostumdur, onun heç aidiyyatı yoxdur məsələyə”.

FGHDF

"Mənsur müəllim, Abdul Mirzoyev şirkət adından orda-burda borc pul axtarır, deyir ki, "Solid”in vergilərə borcu var. İnsanlarda belə təsəvvür yaranır ki, Abdul Mirzoyev şirkəti birbaşa təmsil edir…”, – deyə qeyd etdik.

"Azərbaycanda bu normal şeydir. Bəli, vergilərə rəsmi olaraq borcumuz var. Azərbaycanda vergilərə borcu olmayan bir şəxs var? Borc yaranır, onu ödəmək lazımdır… Amma Abdulun şirkətə aidiyyatı yoxdur. İstəyirsiniz, onu heç götürməyin ey… Onsuz da İbrahim bilir ki, mənim onunla problemim yoxdur”, – deyə M.Ağamirov bildirdi.

Biz M.Ağamirovun hansı vəzifədə işlədiyini oxuculara hələ açıqlamırıq. Lakin oxucularda da sual yarana bilər ki, dövlət qulluqçusu hansı qanunla və hansı imkanlarla şirkət rəhbəri olub? Və görəsən, Mənsur Ağamirov kimlərə arxalanaraq, mətbuat orqanlarına özünün həm məmur, həm də biznesmen olduğunu bilidirir?

Bu və digər məqamlarla bağlı araşdırmamız davam edir…

Anar Asimoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]