Dövlət ucuz qiymətə avtomobil satır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 20-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Xeberman.com-a bu barədə komitədən bildirilib.
Qeyd edək ki, 1-8-ci sətirdə Vergilər Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Qeyd: Hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
- Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
- Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.