Ölkə

Polis at oğrusunu qoruyur? - Şikayət

27-08-2016, 19:35
Zərdabın Çallı kəndində məskunlaşan Kəlbəcər sakini Fazil Təhməzovun atını oğurlayıb öldürüblər

Politika.Az-a verilən məlumata görə, F.Təhməzov oğurlanan atını 2 gün axtarandan sonra leşini tapıb. 

Təsərrüfat işləri ilə məşğul olan F.Təhməzov öyrənib ki, atını həmkəndlisi olan Yaşar adlı şəxs oğlu ilə birlikdə sahədən oğurlayıb. 

Atın leşi də elə Yaşarın qapısında tapılıb. Atın sahibi olay haqda Zərdab rayon Polis Şöbəsinə şikayət edib. Amma heç bir tədbir görülməyib. F.Təhməzov bildirib ki, polis sanki Yaşarın vəkili kimi onu müdafiə edir. 

Şikayətçi F.Təhməzov Polis Şöbəsinin hərəkətsizliyindən daxili işlər nazirinə və baş prokurora şikayət edib. F.Təhməzov atını oğurlayan və öldürən şəxslər cəzalandırılmasını istəyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]