Kriminal

Əli Kərimlinin köməkçisi həbs olundu - ona qarşı FETÖ işi ilə bağlı ittiham irəli sürülüb

20-08-2016, 19:13

Faiq Əmirli şübhәli şәxs qidmindә 48 saatlıq saxlanılıb. O Nәrimanovdakı müvəqqəti saxlanma tәcridxanasına aparılıb.Bu barәdә vәkil Aqil layıcov mәlumat verib.

***
Yerli vaxtla saat 13:30 radələrində Faiq Əmirlinin mənzilində axtarış başa çatıb, bundan sonra müstəntiqlər onun avtomobilində axtarışa başlayıb.

Yaxınlarının sözlərinə görə, mənzildə heç nə tapılmayıb. Bu arada, müstəntiqlər toy disklərini və qəzetin nəşri ilə bağlı sənədləri götürüblər.

"Əmirova qarşı hansı ittiham irəli sürülürsə sürülsün, bu, əsassız olacaq. Baş verənlər şəxsən mənə və partiyaya qarşı yönəlmiş sürətli repressiya kampaniyasının bir hissəsidir”, deyə AXCP lideri Əli Kərimli Turan-a bildirib.

AXCP sədr müavini Gözəl Bayramlı isə Faiq Əmirlinin hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verdiyini deyir.

***

"Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli mülkü geyimli şəxslər tərəfindən saxlanılıb.

AXCP- sədr müavini Gözə Bayramlının Amerikanın Səsinə verilən məlumata görə Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsininə aparıblar və oranın əməkdaşları F.Əmirlinin yaşadığı evdə axtarış aparır.

Hazırda axtarış davam edir.

Faiq Əmirlinin hansı səbəbdən saxlandığı məlum deyil.

Hüquq -mühafizə orqanlarından bu barədə hələlik şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, avqustun 19-da Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri olduğu müəyyən edilmiş Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, "Gülən camaatı” adlandırılan qrupun üzvləri, "Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Öz növbəsində, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Fuad Əhmədlinin evində Fətullah Gülənə və "Hizmət imamları"na, "Gülən camaatına" aid hər hansı sənəd olmayıb və götürülməyib.

"Yalnlz Əhmədlinin atasına məxsus bir neçə kitab və 1988-ci il xalq hərkatına aid broşurlar götürülüb", o qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]