Texnologiya

Siri “WhatsApp”la danışmağı öyrənəcək

19-08-2016, 22:30
Siri “WhatsApp”la danışmağı öyrənəcək

"Apple” şirkətinin səsli yardımçısı tezliklə ən populyar mesenceri dəstəkləyəcək.

"Almalı” şirkət Siri təsisçilərinə çıxış açan kimi "WhatsApp nümayəndələri bundan faydalanmağa çalışıblar. 

Xeberman.com xəbər verir ki, bu barədə "Phone Arena” məlumat yayıb. 

Bu isə səsli yardımçının artıq payızda abunəçiyə "WhatsApp”da sərbəst zəng edə biləcəyi deməkdir. Bunun üçün istifadəçi, məsələn: "Salam Siri, anama WhatsApp-la zəng et” deməli olacaq.

Bundan başqa, səsli yardımçı ismarışları yığmağı, eləcə də daxil olan SMS-ləri səsli oxumağı da öyrənəcək.  

Bütün bu funksiyalar, iOS 10 mobil əməliyyat sistemlərinin relizindən sonra olacaq, əməliyyat sistemi artıq sentyabrın ilk günlərində çıxa bilər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]