Dünya

Liviyada terrorçu-kamikadzelər iki avtomobil partladıb, 8 nəfər ölüb

18-08-2016, 22:44
Liviyanın Sirt şəhərində terrorçu-kamikadzelərin iki avtomobil partlatması nəticəsində 8 nəfər həlak olub.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Associated PRESS" agentliyi Liviyanın hökumətyönlü qüvvələrinə istinadən bildirib.

Agentliyin məlumatına görə, partlayış baş verdiyi ərazinin yaxınlığında hərbçilər də olub.
Hadisənin təfərruatları barədə məlumat verilməyib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]