Əsas Səhifə / Ölkə

Nardaran axundu azadlığa buraxıldı

5-01-2016, 11:36
Nardaran hadisələrində ümumi olaraq 96 nəfər saxlanılanlardan 57 nəfəri azadlığa buraxılıb.

Bu barədə Cebhe.info-ya məlumat verən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov 15 və 30 sutkalıq inzibati qaydada saxlanılanların vaxtı bitdikcə azadlığa buraxıldığını deyib. 

Natiq Kərimov qeyd edib ki, azadlığa buraxılanlar arasında Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin axundu Ataməli Nur da var: "Sevindirici haldır ki, Nardaran sakinləri inzibati qaydada cəkdikləri cəzadan sonra evə buraxılırlar. Buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı. Bu məntəqə 50 nəfərlik dustaq üçün nəzərdə tutulub”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]