İqtisadiyyat

Bu gecə dolların taleyi açıqlanacaq

17-08-2016, 20:12
Bu gecə dolların taleyi açıqlanacaq

Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyul ayı üzrə toplantı protokolu yayımlanacaq.

Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq protokol FED-in pul-kredit siyasəti ilə bağlı qərarını, eləcə də ABŞ iqtisadiyyatına dair gözləntilərin qiymətləndirilməsi üçün önəmli olacaq. "Wall Street Journal”nın  (WSJ) xəbərinə görə, bu gün açıqlanacaq protokollarda diqqətlə izləniləcək 5 maddə var:

 

Faiz artımı zamanlaması

 

FES səlahiyyətliləri və maliyyə bazarları son zamanlarda fərqli düşünməyə başlayıblar. Birincilər bu il faiz artımı olacağını bəyan etsələr də, ikincilər FES-in il ərzində faiz artımına getməyəcəyini fikrini irəli sürürlər. Bu gün açıqlanacaq protokollar  2016-cı ildə bir faiz artımının olacağına dair  gözləntiləri artırır. Düzdür, protokollarda faiz artımı ilə bağlı dəqiq vaxt göstərilməyəcək. Amma, bu ilin sonuna qədər səlahiyyətlilərin faiz artımı ilə bağlı nə qədər qəti olduqları müəyyənləşəcək.

 

"Brexit”

 

Xatırlayırsınızsa,  FES-in iyun ayındakı toplantısı "Brexit” referendumundan sonraya təsadüf etmişdi və qlobal bazarlardakı dalğalanmanı nəzərə alaraq faiz artımına getməmişdi. Ancaq yığıncaqdan sonra verilən şərhdə  qeyd edilirdi ki,  inflyasiya göstəriciləri, qlobal iqtisadi və maliyyə prosesləri yaxından izləniləcək. Bu günkü protokollar "Brexit”in növbəti təsirlərinə dair ipucu verə bilər. Çünki FES-in iyun yığıncağından bir neçə həftə sonra  İngiltərə Mərkəzi Bankı (BoE) siyasət faizini rekord səviyyədə aşağı saldı və istiqraz alışı proqramını geri gətirdi.

 

İnflyasiya

 

FES-in son yığıncağından bu yana inflyasiya göstəricisi ilə bağlı naməlumluq artır. Qurumun rəhbəri Janet Yellenilin iyunun 6-dakı çıxışında  inflyasiya proqnozlarında enişin narahatlıq doğurğu əksini tapmışdı. Yellenil "əgər proqnozlar həqiqətən aşağıya doğru istiqamət alarsa inflyasiyanın 2 faizə çatıb-çata bilməyəcəyi sual altında qalacaq” deyə bildirmişdi. Protokollar bu narahatlığın nə qədər geniş əsaslı olduğunu ortaya çıxaracaq. 

 

Risklər

 

FES bəzi yığıncaqlarında yuxarı istiqamətli risklərdən, bəzilərində aşağı istiqamətli risklərdən danışır. Yuxarı istiqamətli risklər FES-in faiz artırımına gedəcəyinə işarə edir. Son dövrdəki yığıncaqlarda risklərin tarazlığı  ilə bağlı şərhlərdən isə qaçılır. Bunun səbəbi bank səlahiyyətlilərinin risklərin tarazlığı mövzusunda əmin olmamalarıdır. Protokollar bizə bu mövzunun nə dərəcədə müzakirə edildiyini, səlahiyyətlilərin optimist və ya pessimist olduqlarını göstərəcək.

 

Prezident seçkiləri

 

FES yetkililəri noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin faiz qərarına təsir etməyəcəyini söyləyirlər. Ancaq WSJ-in sorğusuna qatılan iqtisadçıların çoxu seçkilərin FES-in sentyabrda reallaşacaq toplantısında  faizlərin sabit tutmasına səbəb olacağını bildirirlər. Çünki ABŞ tarixində artıq belə hallar olub. Ona görə də protokollarda FES yetkililərinin açıqca seçkidən bəhs etməsi gözlənilmir. Ancaq seçkilər də protokollarda diqqətlə izləniləcək mövzulardan biri olacaq.

 

İqtisadiyyat şöbəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]