İdman

Türk idmançılar da Braziliyada qarət olundu

17-08-2016, 16:03
Türk idmançılar da Braziliyada qarət olundu

Braziliyada Türkiyə millisinin üzgüçülərinin otağı oğrular tərəfindən soyulub.

Qaynarinfo.Az xəbər verir ki, soyğundan 1 gün əvvəl Olimpiya kəndinə daxil olmuş kimliyi məlum olmayan adamlar üzgüçülərin otağını qıraraq içəri giriblər.

Həmin vaxt üzgüçülər - Zeynəp Günəş, Nida Üstündağ və Yekaterina Avramova otaqda olmayıb. Onlar otaqlarına qayıdanda dərhal soyulduqlarını səlahiyyətli şəxslərə bildiriblər. Bununla bağlı araşdırılma başlanılıb. Ancaq məlum olub ki, otaqda çox qiymətli əşya olmadığı üçün dünən Türkiyəyə qayıtmış bu idmançılara ciddi ziyan dəyməyib.

Qeyd edək ki, bu hadisədən sonra 15 minə yaxın idmançı, məşqçi və digər rəhbər şəxslərin qaldığı və 24 saat yüksək səviyyədə qorunmalı olan Olimpiya kəndində təhlükəsizlik məsələləri araşdırılmağa başlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]