İdman

"Azərbaycana viza almaq elə də çətin olmadı" - Azərbaycandakı "casus"

12-08-2016, 22:20
"Qarabağ" gələn həftə - avqustun 17-də İsveçdə "Qöteborq" (və ya İsveç dilində desək, "Yöteboro" - red.) klubu ilə Avroliqanın pley-off matçına çıxacaq. Bunun üçün Qöteborq təmsilçisi Sumqayıta - "Qarabağ"ın oyununa "casus" göndərmişdi. "Qarabağ"ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə "casus" "Qöteborq"un məşqçisi Alf Vesterberq idi.

Qaynarinfo.Az xəbər verir ki, 55 yaşlı məşqçi İsveçin məşhur expressen.se saytına Azərbaycandan danışıb:

"Burda dəhşətli dərəcədə isti var. 35 dərəcədir. Süni örtüklü qazonda inamlı və gözlənilən qələbə qazanıldı. Onlar 4-3-3 sxemi ilə oynayırlar və ənənəvi komandanı meydana buraxırlar. Onlarda matçın taleyini həll edə bilən bir neçə yaxşı oyunçu var. 2 braziliyalı (Rişard Almeyda və Reynaldo) və 2 ispan (Miçel və Dani Kintana) əsas oyunçularıdır. Bu oyunçular komandalarına çox kömək edirlər. Ən çox da Rişard Almeyda. O, yarımmüdafiənin mərkəzindən bir qədər solda oynayır. Təcrübəli və səviyyəli kollektivdir. Onlar "Sumqayıt"la oyunda dominantlıq etdilər. Bizimlə oyuna hələ var. 2 oyunda da çox yaxşı çıxış etməliyik ki, növbəti mərhələyə çıxaq.

Burda hər şey yaxşıdır. Qalmaq üçün yaxşı otellər var. Ancaq dəhşətli dərəcədə isti var. Biz Bakıda yerli vaxtla saat 20:30-da (25 avqust) oynayacağıq. Ümid edirəm ki, həmin vaxt hava bir az düzələ. Azərbaycana viza almaq düşündüyümüz kimi elə də çətin olmadı. "Qarabağ" bizə bu baxımdan çox kömək etdi və qonaqpərvərliyini göstərdi. Bu bir-birinə kömək etməyin bir praktikasıdır. Halbuki Portuqaliyada (Belenenseş) ötən il belə olmamışdı". 

Administratorla əlaqə

077 611-55-22

[email protected]