İdman

"Qurban Qurbanov mənə dürüst davrandı" – Pupon

20-01-2016, 09:46
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mənə dürüst davrandı və şans verməyəcəyini bildirdi".

Qol.Az-ın məlumatına görə, bunu "Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon Hollandiya mətbuatına açıqlamasında deyib. 

Hollandiyanın "Roda" klubu ilə anlaşan 28 yaşlı futbolçu Ağdam təmsilçisindən ayrılmasının səbəbini açıqlayıb: "Azərbaycanda klublar start heyətində 5 legioner oynada bilər. Mən isə baş məşqçi üçün ən yaxşı 5 legioner sırasına aid deyildim. Bununla belə, "Qarabağ"a keçdiyim üçün peşman deyiləm. Digər klublara keçdikcə təcrübəm bir qədər də artır".

Hazırkı komandası haqda danışan hollandiyalı futbolçu deyib: "Roda"ya oynamaq üçün gəlmişəm. Baş məşqçi Dariye Kaleziçlə daha öncədən yaxşı münasibətim var idi. Ona görə də Kaleziç mənə zəng edəndə çox düşünmədim. O, mənə, mən də ona kömək edə bilərəm. Komandaya gəldiyim ilk gündən özümdə inam hiss etdim. Bu, hücumçu üçün çox önəmlidir. Hər həftə "Roda"nın heyətində meydana çıxmaq istəyirəm". 

Qeyd edək ki, Pupon mövsümün əvvəllində Fransanın "Valensyen" klubundan "Qarabağ"a transfer olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]