Media / Foto Fakt

Rasim Əliyevin vəfatından 1 il ötdü - FOTOLAR

9-08-2016, 20:30
Rasim Əliyevin vəfatından 1 il ötdü - FOTOLAR
Jurnalist Rasim Əliyevin vəfatından 1 il ötür. Xeberman.com xəbər verir ki, Rasim Əliyev ötən il avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb və xəstəxanada vəfat edib.

Hadisəyə səbəb jurnalistin Cavid Hüseynovun qol vurduqdan sonra etdiyi jesti tənqid etməsi olub. Bundan narazı qalan futbolçunun qohumu və onun dostları Rasim Hüseynovu görüşə çağıraraq döyüblər. Xəstəxanaya yerləşdirilən jurnalist cərrahiyyə əməliyyatı olunsa da, bir neçə saat sonra vəfat edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Arif Babayev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev  isə 9 il il müddətinə azadlıqdan məhrum edilib.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb. Səbail rayon Məhkəməsinin mayın 31-də çıxardığı hökmlə futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]