Gündəm / Media

Həbs olunan jurnalistin həyat yoldaşı: "Özümü Prezident Aparatının qabağında yandıracağam"

25-07-2016, 16:38

Hazırda həbsdə olan Jurnalist Araşdırma Mərkəzinin direktoru, tanınmış jurnalist Fikrət Fərəməzoğlunun (İbişbəyli) həyat yoldaşı facebook sosial şəbəkəsindəki profilindən Prezident Adminstrasiyasının (PA) qarşısında intihar edəcəyinə dair anons yayıb.

Xeberman.com həmin statusu təqdim edir:

Səhərdən zəng eləyirəm Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə ki, Fikrət Fərəməzoğluna şərait yaradın uşağıyla danışsın. Uşaq ağlamaqdan tempraturu çıxıb kimsə cavab vermir. Yoldaşımı əlimdən günahsiz yerə aldılar, uşaqlarım da getsə, özümü Prezident Aparatının qabağında yandıracağam. Besdir. Axı nə günah edib? Cani məhkumu belə 25 gün xəbərsiz, səssiz saxlamırlar. Mən hara müraciət edim axı?

 

FAIQE

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]