Ölkə

Avtomaşın oğurlandı..polis gözlə deyir - Dövlət başçısına müraciyət

9-02-2016, 23:46
Avtomaşın oğurlandı..polis gözlə deyir - Dövlət başçısına müraciyət

AZƏRBYACAN RESPUBLİKASININ PREZİDENTİ ZATİALİLƏRİ
CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ.
SURƏTİ AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU ZAKİR QARALOVA.
SURƏTİ: AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVA.
LƏNKƏRAN RAYONU AŞAĞI NÜVƏDİ KƏND SAKİNİ MƏLİKOV ELVAR ŞARZA OĞLUTƏRƏFİNDƏN 

MÜRCİƏT.

Cənab Prezidentim..Cənab Baş prokuror, Cənab Nazir.
Sizə müraciət edərək baş etibanamə ilə idarə etdiyim Baki şəhər sakini Səmədov Rafiq tofiq oğlunun adına olan Vaz 2106 markalı 10 HT 223 dövlət qeydiyyat nişanli avtomaşin fevral ayini 6 da Baki şəhəri Nəsimi rayonu 1-ci mikrarayon Tiflis prospekti küçəsi ev 0066 binanin 0011 saylı ərazidən oqurlanib. Bildirirəm ki ,Yanvarin 31-i saat 14:45 radələrində Lənkəran rayonundan çixib,saat 19:25-de Baki şəhərinə gəlmişəm.Mən avtomaşının oğurlanması barədə 102 xidmətinə müraciət etmişəm. Mənim müraciətimdən sonra məni Nesimi rayonunda yerleşen 19-cu Polis bolməsindənden mene zeng geldi. Bölmədə təhqiqatçı Seyid adlı təhqiqatçını yanında olmuşa. Hadisəni olduğu kimi tehqiqatçiya danisdim. Bildirdim ki ,2016-ci ilin Fevralın 1-i saat texminen 11:00 da yaşadiğim yerden Qələbə dairəsinə,ordan Bayila yaşayış məntəqəsinə getmişem,Bayildan Padamdar ərazisinde yerleşen Baki şeher DYPİ –nə ,ordanda Xirdalan DYP-nə getmişəm. Xirdalan DYP-indən Biznes universitetinə,ordanda 3-cu mkr bazari istiqamətində hərəkətdə olmuşam. Həmin gün .saat texminen 13:30 radelerinde yaşadiğim eraziye gelmisem. Fevralın 4-u saat 18:30 da yaşadigım əraziden çixib 3-cu mkr bazarina getmişem,ordan saat 19:10 da çixib LÖKBATANA meyveli ticaret merkezine getmişem,ordan saat 21:00 da çixib 3-cu mkr bazarina,ordanda yasadiğim eraziye gelmişem. Fevralin 5-indən saat 06:30-da yaşadiğim eraziden çixib 3-cu mkr bazarina getmişem ordanda saat 12:30 da çixib yasadiğim eraziye hərəkət etmişəm. Ertəsi gün oğurluq cinayəti. 
Qeyd olunan polis bğlməsindən mənə bildirilir ki , maşın Bakı şhərində kameralarda görüntülənmir. Mənim avtomaşınla hərəkətlərim , eyni zamanda oğurlanıb qaçırılan zaman avtomaşının hərəkəti qeyd edilən ərazilərin kameralara necə düşə bilməz. Mənim Bakı şəhərində hərəkətim olmuşdur. Bu gün mənə deyildi ki , avtomaşın binanın yaxınlığında olan baxçanın kamerasında görüntüsü təsbit edilmişdir. Avtomaşının axtarışı üçün tələb olunan axtarış tədbirləri lazimi qaydada aparılmır. 
Cənab Prezidentim, Cənab Baş prokuror, Cənab Nazir mənim aldığım avtomaşın binanın qarşısından oğurlanır. Əraziyə nəzarət etməli olan post patrul xidmətinin əməkdaşları bunu görmür. Vətəndaşın güvəndiyi, həyatını , mülkini etibar etdiyi Polis əməkdaşları bu cinayətə sıradan olan cinayət kimi baxır və öz vəzifə borclarını yerinə yetirib cinayətkarları yaxlayıb , avtomaşının geri qaytarılması üçün heç bir tədbir görmür. Gözlə nəsə məlumat olsa xəbər verəcəyik deyə şikayətimi cavablandırırlar.Həmin ərazıdə olan bütün avtomaşın oğrularının polisə məlum olması və onların daim nəzarətdə saxlanmaması inandırıcı deyil. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Mənim mülküm, həyat və sağlamlığım polis tərəfindən qorunur. Lakin bu qorunma və mühafizə avtomaşın oğurlanandan sonra hiss olunmur.Avtomaşının oğurlanması və hansı istiqamətə aparılması Bakı şəhərində olan kameralarda təsbit edilməməsi mümkün deyil. Əgər kameralarda təsbit olunmamışsa demək avtomaşın 19 polis bölməsinin nəzarətində olan ərazidə gizlədilir və saxlanılır. Sadəcə peşə borcuna əməl edib oğruları tapıb barələrində qanuni tədbir görülməş qalır.
Ümid edirəm ki , 19 –cu Polis bölməsi üzərlərinə düşən vəzifə borclarını yerinə yetirəcək. Mənim avtomaşınım barəsində olan cinayət işi Bölmənin icraatında olan açılmamış cinayətlər sırasına daxil olmayacaq. Qanuni tələblərə cavab verən əməliyyat axtarış tədbirləri avtomaşının tez bir zamanda harda olması və kimlər tərəfindən oğurlanmasını müəyyən eder.
Cənab Prezidentim, Cənab Baş prokuror, Cənab Nazir Sizə güvənərək müraciət edirəm. Şikayətimi nəzarətə götürülməsinə,cinayətkarların yaxalanmasına , barələrində cinayət işinin qaldırılmasına ,mənə məxsusu avtomaşının mənə qaytarılmasına sərancam verməyinizi xahiş edirəm. 
MƏLİKOV ELVAR..LƏNKƏRAN RAYONU AŞAĞI NÜVƏDİ KƏNDİ.

 


Administratorla əlaqə

077 611-55-22

[email protected]