Siyasət

Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün yer ayrıldı - Fərman

20-07-2016, 21:11
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb 

Xeberman.com xəbər verir ki, dövlət başçısı bununla bağlı 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış protokolu təsdiqləyib.


Müdafiə Nazirliyinə bu fərmanda göstərilən protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]