Gündəm

Cəbhədə nə baş verir?

15-07-2016, 11:16

Nazirlikdən KİV-ə müraciət.

Azərbaycan Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edib.

Xeberman.com xəbər verir ki, "Cəbhəboyu zonada vəziyyətin həssaslığını” nəzərə alan Müdafiə Nazirliyi müraciətində anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların yayılmasının yolverilməz olduğunu bildirib.

Nazirlik bəyan edib ki, əksər hallarda araşdırılmadan bu tipli xəbərlərin qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]