Ölkə

Azərbaycan ordusunun polkovnik-leytenantı şəhid oldu - RƏSMİ

19-04-2016, 15:01

Azərbaycanın hərbi qulluqçusu, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu şəhid olub.

Müdafə Nazirliyi mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, S.Axundov təhlükəsizlik qaydalarının pozulması nəticəsində şəhid olub. 

Nazirlikdən bildirilib ki, cəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır: "Bəzi KİV-lər isə rəsmi məlumatlardan da başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edirlər ki, bu da məqsədəuyğun deyil.

"Həbib Mütəzir” adlı sosial şəbəkə istifadəçisi guya üç hərbi qulluqçumuzun şəhid olması və bir nəfərin yaralanması barədə növbəti dəfə kobud səhvlərə yol verərək qeyri-dəqiq xəbəri feysbuk statusunda bölüşüb. Onun bu hərəkəti düşmən tərəfinin maraqlarına xidmət etməklə yanaşı, əksər hallarda erməni kəşfiyyatının Silahlı Qüvvələrimiz haqqında məlumatları əldə etməsinə köməklik göstərir və qarşı tərəfin işini xeyli asanlaşdırır.

Bu kimi hallar qəti surətdə yolverilməzdir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrini, ictimaiyyət nümayəndələrini və sosial şəbəkələrin istifadəçilərini bu kimi hallara qarşı mübarizədə həmrəy olmağa və qarşısının alınması üçün fəal iştirak etməklə vətəndaşlıq mövqeyini nümayiş etdirməyə çağırır".

Allah rəhmət eləsin!

Azərbaycan ordusunun polkovnik-leytenantı şəhid oldu - RƏSMİ

Administratorla əlaqə

077 611-55-22

[email protected]