Ölkə

" Baş mühəndis rəisin tapşırığını niyə icra etmir? Səbəb- abonentlərdən dolayı yolla "umacaq" gözləyir!

14-07-2016, 19:10
Hövsan qəsəbəsi,Dənizkənarı küçəsinin bir qrup sakini Suraxanı sukanal idarəsinin baş mühəndisi Mehman Haşımovdan ciddi narazılığını Xeberman.com saytının redaksiyasına belə bildirir:" 2-ci yay mövsümüdür ki, içməli suya olan tələbata çox olmasına baxmayaraq himayəmizdə olan ağır şəkər xəstəmizə belə su tapa bilmirik. Belə ki, 5 iyul Ramazan bayramından ərizə ilə Su idarəsinə müraciət etdik,Texniki istehsalat şöbəsinin mühəndisi Elşad müəllim,gənc olmasına baxmayaraq bayram günündə belə operativ fəal işləyərək müvafiq eskiz-layihəni hazırlayıb Rəisə təqdim etmiş, o da öz növbəsində operativ olaraq ərizəmizə dərkənar tapşırıqla imzasıyla Baş mühəndis Haşımov Mehmana icrasını tapşırıq verib. Lakin Mehman bəy sakinlərə öz hesabına 130metr 25mm-lik polietilen borunu aldıraraq,həmçinin həmin xəttin -yaxınlıqdan keçən 110mm-lik şəbəkə qovşağına qoşulmasına qiyməti 40manata olan Servis keçirici detalı aldırdı ki, bu bizdə olmur,gedin Dərnəgül bazarından alın. Bütün bu deyilənlərə biz sakinlər əməl etsək də və ən əsası abonent olaraq sayğacımız da olsa belə, biz içməli suya yayın bu qızmar vaxtında həsrət qalmışıq! Xatırladaq ki, Mehman bəy özü də Suraxanı Sukanal idarəsinin Baş mühəndisi olmaqla özü də, məhz Hövsan qəsəbəsinin sakinidir. Bu 10gün ərzində Mehman bəy bizə dəfələrlə suyun bərpasını -qoşulmasını müxtəlif bəhanələrlə uzadaraq bildirir ki," Sizdən 1 ağsaqqal kimdi,gəlsin danışaq ,həll eləyim getsin də bu işi!" Bu fikrin arxasında nələrin yatdığı artıq hamıya yaxşı bəlli olar.Məsələ ilə bağlı "Azərsu" ASC sədrinin köməkçisi Hafiz Məmmədova müraciət etsək də hələ də bu problem nəticəsiz qalır.İlk öncə o bizim ünvan qeydiyyatını aparıb "sizə zəng edib həll edəcəklər!" desə də yenə də bir kömək olmadı. Sonda o da zəngimizə artıq cavab vermir! İndi iş o qalır ki,biz pozulmuş abonent hüquqlarımızı digər Qurumların köməyilə bərpa edək"! Mövzunu diqqətdə saxlayırıq! X.Qurbanlı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]